Lamborghini şirkəti və The Italian Sea Group gəmiqayırma konqlomeratı 63 adlanan sürət qayığını təqdim ediblər. Qayıq italyan markasının ilk hibrid superkarı olan 819 at qüvvəli Sian modelindən ilham alınaraq yaradılıb. Qayıq, The Italian Sea Group konqlomeratının tərkibinə daxil olan Tecnomar tərsanəsi və Centro Stile Lamborghini studiyası ilə birlikdə hazırlanmışdır.
İyirmi metr uzunluğa malik olan Tecnomar 63 qayığı Lamborghini Sian modelindən xarakterik pazşəkilli profili və korpusun ön hissəsindəki Y-şəkilli fərqləndirici işıqları alıb. Bəzi oxşarlıqlar arxa hissənin və kokpitin dizaynında da mövcuddur. Pilləli göyərtənin və idarəetmə bölməsinin tərtibatı Sian modelinin salonunu dəqiqliklə təkrarlayır.
İnteryerdə Lamborghini markasının "sınıq" dizayn üslubunu aydın şəkildə müşahidə etmək olar. Gəminin konstruksiyasında, onun ilham mənbəyi olan hiperkardakı kimi, karbon lifindən istifadə edilib: korpusun örtüyü və idarəetmə bölümünün üzləndiyi material hidrodinamika sahəsində ixtisaslaşmış hərbi-dəniz mühəndisləri tərəfindən hazırlanıb.
Tecnomar 63 qayığı ümumi hasilatı 4000 at qüvvəsi olan iki 24-litrlik MAN V12-2000 mühərrikləri ilə təchiz edilir. Qayıq 60 düyünə və ya 111 km/saata qədər sürətlənə bilər ki, bu da onu Tecnomar tərsanəsinin portfelindəki ən sürətli qayığa çevirir. İlkin məlumata görə, motorlu yaxta olduqca kiçik tirajla buraxılacaqdır. Bununla belə, şirkətin inşa ediləcək yaxtaların dəqiq sayı açıqlamayıb.