Lamborghini şirkətinin bərpa mərkəzi olan PoloStorico, 45 il bundan öncə Cenevrə avtomobil sərgisində nümayiş etdirilmiş 1971-ci ilin Miura SV orijinal sportkarrını bərpa etmişdir. Seriya öncəsi prototip olmuş bu avtomobilin nümayişi Amelia Island Concours d’Elegance tədbirində həyata keçiriləcəkdir. Lamborghini Miura S modelinin bir sıra komponentlərini daşıyan və Miura SV modellərinin sonrakı modifikasiyalarında tətbiq edilən müxtəlif funksiyalarla təchiz edilmiş avtomobili italyan istehsalçı «unikal» avtomobil olaraq səciyyələndirir.

Avtomobilin bərpası zamanı Automobili Lamborghini’yə məxsus olan fotoşəkillərdən, həmin dövrə aid  tarixi və texniki sənədlərdən istifadə edilmişdir. Mərkəzin əməkdaşları bir sıra komponentləri və interyeri əsaslı sürətdə bərpa etmişdirlər. Bərpa edilmiş interyer qəhvəyi rəngli dəri ilə örtülmüşdür.

Buna baxmayaraq, bərpa mərkəzinin mütəxəssisləri bir sıra detallar dəyişdirmək məcburiyyətində qalmışdırlar. Miura SV modelinin orijinal avtomobili xatırlatmasını arzu edən Lamborghini rəhbərliyi, mütəxəssislərdən mümkün qədər keçən əsrin yetmişinci illərinə aid olan ehtiyat hissələrindən istifadə etməyi xahiş etmişdir. 

Avtomobilin mühərriki də təmir edilmiş, onun kuzovu isə orijinal yaşıl metallik (Verde Metallizata) rənginə boyanmışdır. Bərpa mərkəzinin rəhbəri Enriko Maffeo bərpa edilmiş Lamborghini Miura SV modeli haqqında bu sözləri söyləmişdir: «Bu avtomobil nəinki Miura modelinin pərəstiş cazibədarlığını nümayiş etdirir, eyni zamanda, onun müasir Lamborghini avtomobillərinin carçısı olaraq tanıdır. Bununla yanaşı bərpa etdiyimiz avtomobil, Lamborghini PoloStorico mərkəzinin bərpa təcrübəsini nümayiş etdirir».

Image alt Image alt Image alt Image alt Image alt