Lamborghini şirjkəti Squadra Corse yarış bölməsi tərəfindən hazırlanmış, lakin ümumi yollarda istifadə üçün nəzərdə tutulmamış Essenza SCV12 superkarını təqdim edib. Əslində, bu avtomobil italyan markasının ən sadiq və sadiq müştəriləri üçün xüsusi olaraq hazırlanıb və 40 nüsxəlik tirajla buraxılacaqdır. Artıq anladığınız kimi, Lamborghini Essenza SCV12 modelinin bütün nüsxələri çoxdan öz sahiblərini tapıblar.
Kupenin əsasını karbondan monokoku olan Aventador modeli təşkil edir. Lakin, avtomobilin konstruksiyasına kifayət qədər dəyişiklik də edilib. Məsələn, FIA-nın prototpilərə qarşı olan tələblərinə əsasən avtomobilin salonunda təhlükəsizlik karkası quraşdırılmalər. Lakin, italyan mühəndisləri salonun qəfəsini gücləndirərək bu ehtiyacı aradan qaldırıblar.
Bundan başqa, kupenin aerodinamik dayağı GT3 kateqoriyasında çıxış edən yarış avtomobillərdən daha da çox yürəbasma gücü yaradır - 250 km/saat sürətlə hərəkət zamanı yaranan güc 1200 kiloqrama çatır. Capristo buraxılış sisteminin boruları kuzovdan kənara çıxaraq, qaynar işlənmiş qazların aerodinamikaya təsirini mümkün qədər azaldır.
Lamborghini Essenza SCV12 modeli 830 at qüvvəsi hasil edən 6,5-litrlik V12 mühərriki və 6-pilləli sekvental X-trac ötürmələr qutusu ilə təchiz edilir. Ötürmə - arxa oxadır. Şassi tamamilə yenidən işlənib, push-rod tipli (üfiqi amortizatorlarla) arxa asqı qismən ötürmələr qutusuna bağlanır.
Superkar Brembo yarış əyləcləri, maqnezium ərintisindən hazılranmış yüngül lehimli disklər (öndə 19, arxada isə 20 düymlük) və Pirelli slikləri ilə təchiz olunmuşdur.
Kokpit tamamilə yarış qanunlarına uyğun olaraq hazırlanmışdır. Salonda displeyli (ənənəvi qurğular yoxdur) olan çoxfunksiyalı sükan çarxını, mərkəzi konsoldakı düymələri blokunu, OMP "çömçə" oturacaqlarını və karbonla üzlənmiş panelləri görmək olar.
Nəticədə, trek kupesinin tam çəkisi 1378 kiloqram təşkil edir. Müqayisə üçün, seriya Aventador SVJ modelində bu göstərici 1525 kiloqramdır. Bununla birlikdə, istehsalçı avtomobilin dinamik xüsusiyyətləri açıqlamayıb.
Artıq Lamborghini Essenza SCV12 superkarlarının sahibləri üçün eksklüziv bir klub da yaradılıb: onlar, Squadra Corse mühəndislərinin və "Le Manın 24 saatı" marafonunun beşqat qalibi Emanuel Pirronun birbaşa köməyi ilə yeni superkarlarını planetin ən məşhur treklərində sürə biləcəkdirlər.
Bu tədbirlərin keçirilməsi 2021-ci ilə planlaşdırılır. Bu müddət ərzində 40 avtomobilin hər biri öz sahibinə təhvil veriləcəkdir. Avtomobilin qiyməti açıqlanmayıb.