Fevral ayının sonunda Lamborghini şirkəti Huracan STJ adını və müvafiq loqotipi patentləşdirib. İndi isə, bu avtomobil qarşımızdadır. STJ versiyası (Super Trofeo Jota) təkcə Huracan modeli ilə deyil, həm də Gallardo superkarı üçün hazırlanmış, lakin əlavə olaraq bəzi Audi modellərində istifadə edilən V10 mühərriki ilə vidalaşır. Bununla belə, STJ versiyasını ən ekstremal versiya adlandırmaq olmaz, çünki əslində artıq belə bir versiya mövcuddur - Huracan STO.
Şirkət Huracan STJ versiyası üçün xüsusi olaraq, qara damla uyğunlaşdırılan iki yeni rəng sxemini yaradıb. Daha parlaq olan variant ağ və qırmızı xətlərlə birləşdirilən əsas mavi rəngə malikdir. İkinci sxem oxşar dekora malik olsa da, əsasən boz rəngə boyanır. Məhdud tirajlı xüsusi versiyaların çoxdankı ənənəsinə uyğun olaraq, interyerdə loqotiplər və nüsxənin seriya nömrəsi olan lövhələr yerləşdirilir.
Lamborghini Huracan superkarının STJ və STO versiyalarının güc qurğusu eynidir. Təkər bazasının daxilində 640 at qüvvəsi və 565 Nm fırlanma anı hasil edən 5,2-litrlik V10 mühərriki yerləşir. Bütün dartma qüvvəsi iki muftalı yeddi pilləli “robot” vasitəsilə arxa oxa ötürülür.
Bununla belə, vida modifikasiyasının şassisi təkmilləşdirilib. Yeni dördpilləli tənzimlənməsi olan amortizatorlar quraşdırılıb və mərkəz kilidli 20-düymlük təkər disklərinə xüsusi Bridgestone Potenza Race şinləri taxılıb. Aerodinamika da ön bamperin yan tərəflərindəki karbon qanadcıqlar və tənzimlənən antiqanadın yeni quraşdırma bucaqları ilə tamamlanan kiçik dəyişikliklərə məruz qalıb. Tərtibatçılar, hətta bu qədər kiçik dəyişikliklər ilə, Huracan STO versiyasının Nardo firma trekindəki dövrə vaxtını bir saniyə yaxşılaşdırdıqlarını idda edirlər.
Vida seriyasından olan superkar 10 nüsxədə buraxılacaq və onların hamısı artıq çoxdan sifariş olunub. Bir il bundan əvvəl Lamborghini Huracan superkarının bütün seriyasının satıldığı elan edilib və bütün sifarişlər yerinə yetirildikdən sonra, istehsalın 2024-cü ildə dayandırılacağı bildirilir. Lamborghini brendinin kiçik superkarının növbəti nəsli mütləq hibrid olacaq və böyük ehtimalla Porsche şirkətinin 4,0-litrlik V8 biturbo mühərrikinə keçəcək. Odur ki, bu aqreqatın ömrünün 2030-cu ilə qədər uzadıldığında təəccüblü bir şey yoxdur. Huracan modelinin varisi hesab edilən Temerario modeli payızda təqdim olunmalıdır.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.