Lamborghini şirkəti High Performance Electrified Vehicle sinfindən olan ilk superkarının təqdimatından əvvəl daha bir neçə maraqlı detalı açıqlamağa qərar verib. Zavoddaxili LB744 kodunu daşıyan hibrid üçmühərrikli güc qurğusu ilə yanaşı, qeyri-adi şassini də alacaqdır. Aerokosmik mövzuya uyğun olaraq, onu "monofuzelyajlı" adlanırıblar.
Superkarın monokok-kuzovu demək olar ki, tamamilə kompozitlərdən hazırlanır. O, Aventador modelinin şassisindən 10% yüngüldür. Avtomobilin statik burulma sərtliyi 40.000 Nm/dərəcə təşkil edir ki, bu da sələfində olduğundan 25% çoxdur. Müqayisə üçün: Koenigsegg Jesko 65 000 Nm/dərəcəyə, Bugatti Chiron 50 000 Nm/dərəcəyə malikdir.
Monofuzelajın əsas xüsusiyyətlərindən biri karbon lifindən hazırlanmış ön alt çərçivədir. Üstəlik, söhbət LB744 modelinin damı üçün istifadə olunan bişirilmiş karbondan deyil, preslənmiş karbondan (forged carbon) gedir. Kompozit karbon lifinin qısa saplarından hazırlanır ki, bu da onun səthində xarakterik naxış yaradır.
Belə karbonplastik alüminiumla müqayisədə zərbəni iki dəfə effektiv udur, istehsalda enerjiyə qənaətə və tullantıların azalmasına gətirib çıxarır. Bütün strukturun daşıyıcı elementi preslənmiş karbon lifindən hazırlanmış "vannanı", istiliyi izolyasiya edən arakəsməni və damın ön sütunlarını birləşdirən "monolit həlqəvi travers" təşkil edir.
LB744 modelinin arxa alt çərçivəsi alüminium ərintisindən hazırlanır və iki içi boş töküməyə malikdir. Onların köməyi ilə amortizatorların və mühərrik dayaqlarının günbəzlərini vahid elementində birləşdirmək mümkün olub. Belə konstruksiya qaynaqların sayını minimuma endirir, sərtliyi artırır və çəkisini azaldır.
Nəhayət, superhibrid bəzi komponentlər əvvəlcədən qızdırılan polimerlərdən istifadə edərək sıxılma yolu ilə qəliblənirlər. Bu texnologiya sayəsində bəzi elementlər bir deyil, bir neçə funksional təyinata malik ola bilərlər.
Quruqluş baxımından superhibrid Ferrari SF90 Stradale-i xatırladacaqdır. 6,5-litrlik V12 mühərriki və ötürmələr qutusuna qoşulmuş MGU generatoru arxa təkərləri, daha iki elektrik mühərriki isə ön təkərləri hərəkətə gətirəcəkdir.
Güc qurğusunun ümumi hasilatı 1015 at qüvvəsi olacaqdır. Belə qurğu 30% daha az CO₂ emissiyasına malikdir. Ötürmələr qutusu Miura və Essenza SCV12 trek superkarında olduğu kimi mühərrikin arxasında eninə yerləşdiriləcəkdir. Bu, Lamborghini markasının öz məhsulu olan səkkiz pilləli ikimuftalı DCT "robotu" olacaqdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.