Lamborghini Ad Personam zavod fərdiləşdirmə atelyesi Çindən olan müştəri üçün yeganə nüsxədə yaradılmış unikal Lamborghini Revuelto Opera Unica superkarını nümayiş etdirib. Avtomobilin özəlliyi qırmızı rəngin bir çox çalarını özündə birləşdirən kuzovun mürəkkəb boyanmasıdır.
Bu lak-boya örtüyünün yaratmaq üçün 480 saat əl əməyi sərf olunub. Orijinal qara və qırmızı interyer tərtibatı daha 53 saat tələb edib ki, o da özündə orijinal dərini və Corrsatex materialını birləşdirir. Xüsusi sifarişin adı yazılmış karbonplastik xatirə lövhələri də quraşdırılıb. Avtomobilin qiyməti, əlbəttə ki, açıqlanmır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.