Lamborghini şirkəti Facebook sosial şəbəkəsində yeni tizer dərc edib. Orada "dünyanın ilk supersport sinifli krossoverinin" 4 dekabr tarixində Santa-Aqata Bolonyezedə təqdim ediləcəyi bildirilib.
2018-ci ilin yazında satışına başlanacaq “bərkgedən” italyan krossoverinin satış qiymətləri 180 min avrodan (360 min manat) başlanacaqdır. İtalyan istehsalçısının bildirdiyinə görə, avtomobilin seriya modeli əvvəllər göstərilmiş Lamborghini Urus Concept modelinin dizayn üslubunda görünüşə malik olacaqdır. Lakin, seriya modelinin ön və arxa hissəsinin dizaynı konseptdən bir qədər fərqlənəcəkdir.
Eyni zamanda, insayderlər yeni avtomobilə böyük marağın olduğunu bildirsələr də, qəbul edilmiş sifarişlərin sayı barədə məlumat vermək imtina edibdirlər.
İtalyan istehsalçısının nümayəndələrinin bildirdiyinə görə, krossover gündəlik istismar üçün nəzərdə tutulur və ildə 3000 ədədlik tirajla istehsal ediləcəkdir.
Yeni avtomobilin əsasını Bentley Bentayga və Audi Q7 modellərinin istehsalında istifadə edilən MQB modul platforması təşkil edəcəkdir. Yeni krossover 650 at qüvvəli 4,0-litrlik səkkiz silindrli turbomühərriklə təchiz ediləcəkdir.