Dekabr ayının dördü tarixi yaxınlaşdıqca Lamborghini şirkətinin dərc etdiyi videotizerlərin sayı artmaqda davam edir. Bu dəfə italyan superkar istehsalçısı Urus krossoverinin rəqəmsal cihazlr panelinin təsvir edildiyi videoçarxı yayb. Üstəlik, bu çarxda Lamborghini Urus torpaq yollardakı hünərini nümayiş etdirib.
İtalyan markasının ilk krossoverinin təqdimatı 4 dekabr tarixində Sant’Aqata Bolonyezedə keçiriləcəkdir. Bu mərasimdə Autograph dərgisini onun baş redaktoru Natiq Zəırbəliyevin təmsil edəcəkdir. Yeni krossoverin əsas satış bazarları ABŞ, Böyük Britaniya, Almaniya, Rusiya və Yaxın Şərq ölkələri olacaqdır.
İspan öküzlərinin qədim növünün şərəfinə Urus adlandırılmış krossover Bentley Bentayga, Audi Q7 və Porsche Cayenne modellərinin istehsalında istifadə edilən MQB modul platformasında inşa edilib. Yeni krossover 650 at qüvvəli 4,0-litrlik səkkiz silindrli turbomühərriklə təchiz ediləcəyi bildirilib.