Lamborghini Urus, Porsche Cayenne, Audi SQ7, SQ8 və RS Q8 krossoverlərinin, RS 7 Sportback liftbeklərinin və RS 6 Avant universallarının mühərrikləri aşkar edilmiş istehsal qüsuru səbəbindən pulsuz olaraq dəyişdiriləcəkdirlər. Silindr başlıqlarının tökülməsi zamanı yol verilmiş səhv mühərrikin sıradan çıxmasına səbəb ola bilər.
ABŞ-ın Yol Təhlükəsizliyi üzrə Milli İdarəsi (NHTSA) qüsurun Volkswagen tərəfindən aşkar olunduğunu və Şimali Amerikada 2021-ci ildə satılmış 31 avtomobilinin geri çağırılma kampaniyasına düşdüyünü qeyd edib.
Söhbət 4 ədəd Lamborghini Urus, 12 ədəd Porsche Cayenne Turbo, Cayenne GTS və Cayenne GTS Coupe, həmçinin 15 ədəd Audi RS 6 Avant, RS 7 Sportback, SQ7, SQ8 və RS Q8 modellərindən gedir.
Tənzimləyici, V8 EA825 mühərrikinin silindr başlığının tökülməsi zamanı yol verilmiş qüsurun altıncı silindrdə çatın əmələ gəlməsinə səbəb ola biləcəyini qeyd edir. Müəyyən şərtlərdə problem yağın sızmasına və güc aqreqatının alışıb yanmasına səbəb ola bilər. Bu geri çağırmanın ABŞ-dan kənarda satılmış "bərkgedən" modellərə aid olub-olmaması barədə məlumat verilməyib.