Lamborghini şirkəti 2020-ci ili rekord mənfəətlə başa vurub. Qeyd etmək lazımdır ki, italyan istehsalçısı bu nəticəyə gəlir və satışlardakı azalmanın, həmçinin koronavirus pandemiyası səbəbindən 70 günlük məcburi dayanmanın fonunda əldə edib. Bununla birlikdə, əsas məsələ başqadır. Maliyyə nəticələrinin açıqlanması ilə yanaşı, italyan istehsalçısı iki yeni modeli buraxacağını elan edib - ən maraqlısı odur ki, hər iki avtomobil V12 mühərrikini alacaq və bu ilin sonuna qədər debüt edəcəkdir.
Lamborghini V12 mühərriki
Keçən il Lamborghini şirkətinin gəliri 11% azalaraq 1,61 milyard avroya enib. Eyni dövrdə avtomobil satışları 9,4% azalaraq 7340 ədəd təşkil edib. Ancaq bu, italyan markasının tarixindəki ikinci ən yaxşı nəticədir - 2019-cu ildə istehsalçı 8,205 ədəd superkar satmağa müvəffəq olmuşdu. ABŞ markanın ən böyük satış bazarı olaraq qalır - 2224 ədəd. Sonrakı yerləri Almaniya (607), kontinental Çin, Hong Kong və Makao (604), Yaponiya (600), Böyük Britaniya (517) və İtaliya (347) tutur.
Lamborghini Countach LP500 Prototype
Bu il Lamborghini şirkətinin planlarında V12 mühərriki ilə təchiz edilmiş iki yeni superkarın buraxılması var. İtalyanlar detalları açıqlamırlar, lakin“Autocar” nəşrinin bildirdiyinə görə, şirkət Sian FKP 37 modelindəki güc qurğusuna bənzəyən aqreqatla hərəkətə gələn modeli hazırlayır. Çox güman ki, söhbət məhdud saylı tirajla buraxılacaq superkardan gedir. Bundan başqa, bu il Countach prototipinin debütünün 50 illik yubileyi qeyd olunacaqdır - bu da, məsələn Aventador modelinə əsaslanan yubiley versiyasının buraxılması üçün səbəb ola bilər.
Lamborghini Huracan STO
Huracan STO modeli də unudulmayıb. Modelin kommersiya buraxılışı bu ilə planlaşdırılıb. Superkar yeddi pilləli LDF “robotu” ilə tandeemdə çalışan5,2-litrlik V10 (640 at qüvvəsi və 565 Nm) atmosfer mühərrikini alıb və 100 km/saata üç saniyəyə sürətlənir. STO indeksli modeli Huracan Performante modelindən 43 kiloqram yüngüldür və əl ilə tənzimlənən antiqanad sayəsində 53% daha çox yerəbasma gücünə malikdir.