Adi V8 mühərriki ilə təchiz edilmiş Lamborghini Urus krossoverinin bütün tirajı satılıb. Bu barədə Welt nəşrinə italyan brendinin baş direktoru Stefan Vinkelmann məlumat verib. O, sırf benzin mühərriki olan Urus krossoverinin bütün kvotasının müştərilər tərəfindən alındığını bildirib. Beləliklə, S və Performante versiyalarında olan krossoverləri artıq sifariş etmək mümkün deyil.Arzu edənlər gələn ilin sonuna qədər işıq üzü görəcək plagin hibrid versiyasını gözləməlidirlər. Hibrid krossover Urus modelinin çeşidindəki yeganə versiya olacaq və 2029-cu ilə qədər istehsal ediləcəkdir.

Benzin mühərrikli Lamborghini Urus 666 at qüvvəsi və 850 Nm fırlanma anı hasil edən V8 ilə təchiz edilib. Yerindən 100 km/saata qədər belə krossover 3,3 saniyəyə sürətlənir

Hibrid mühərrikli Urus krossoverinin necə olacağı sona qədər məlum deyil, lakin insayderlər onun V8 mühərrikinə əsaslanan hibrid güc qurğusu ilə təchiz ediləcəyini bildiriblər. Belə ki, italyan krossoveri Porsche Cayenne Turbo S E-Hybrid modelinin 680 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edən plagin hibrid güc qurğusunu ala bilər. Ola bilsin ki, Lamborghini üçün onun hasilatı nəzərəçarpacaq dərəcədə artırılacaqdir.

Lamborghini Urus S

Urus italyan markasının, Revuelto super hibridindən sonra, ikinci təkrar doldurulan hibridi olacaqdır. Bu formada krossover 2029-cu ilə qədər buraxılacaq, sonra isə, tamamilə elektrik ötürməsinə keçəcəkdir: bu yolla Lamborghini Avropada ekoloji standartların sərtləşdirməsinə hazırlaşır. Vinkelmann deyir ki, Avropa daxili yanma mühərriklərinin tam qadağan olunmasına getməsə belə, ifrat vergilər insanları daha çox “yaşıl” olan avtomobilləri seçməyə məcbur edəcəkdir.

Lamborghini Urus Performante

Son illərdə bazarda rekordlar vuran Urus Lamborghini şirkətinin satışlarının hərəkətverici qüvvəsidir. 2022-ci ildə italyan istehsalçısı 9233 avtomobil satıb ki, bu da 2021-ci illə müqayisədə 10 faiz çoxdur və indiyə qədər əldə edilən ən yaxşı nəticədir. Sifarişlərin yarıdan çoxu italyan markasının model xərrindəki yeganə krossoverin - Urus modelinin payına düşüb: o, 5367 nüsxədə satılıb.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.