Lamborghini şirkəti Tokyoda keçirilən Lamborghini Day (Lamborghini günü) tədbirində Aventador S rodsterinin xüsusi variantını təqdim edib. Avtomobilin rənglənməsi üzərində 10 mütəxəssis 170 saat ərzində çalışıblar. Xüsusi avtomoildən beş ədəd buraxılacaqdır.
Lamborghini Aventador S Roadster 50th Anniversary Japan modeli markanın Yaponiya bazarındakı 50 illik fəaliyyətinə həsr edilib. Beş ədədlik tirajla buraxılacaq avtomobillər yapon təbiətinin beş elementini - torpaq, su, od, külək və səmanı, - təmsil edəcəkdirlər. Aventador S modelinin xüsusi seriyasının konsepsiyası italyan şirkətinin fərdi sifarişlərlə məşğul olan Ad Personam bölümü və dizayn studiyası ilə birlikdə hazırlanıb. İdeyanın əsasını, hər bir model üçün qradient effekti olan unikal rəngi hazırlamaq təşkil edır.
Qradient effektinin yaradılmasına 100 saat vaxt sərf olunur.
Su elementini təmsil edən ilk avtomobil mavidən rəvan şəkildə qaraya keçən rəngə boyanıb. Superkarın interyerinin tərtibatında qara dəridən, alkantara və karbondan istifadə edilib. Salondakı tikişlərin rəngi kuzov rəngli ilə eynidir. Avtomobilin salonun arxa hissəsində karbondan hazırlanmış lövhədə su elementinin yapon simvolu həkk edilib.