Lamborghini şirkəti SCV12 yarış hiperkarının testlərinin başa çatdığını elan edib. Avtomobil bu yay debüt edəcəkdir. Hiperkar ümumi istifadə yolları üçün nəzərdə tutulmayıb, bundan başqa, o hər hansı bir yarış seriyasının tələblərinə uyğun deyil. Bu, yarış hiperkarından yalnız qapaılı treklərdə istifadə edilə biləcəyindən xəbər verir.
Yarış hiperkarı karbondan monokoku olan Aventador modelinə əsaslanır. Lamborghini şirkəti avtomobilin dəqiq gücünü açıqlanmır. Şirkət nümayəndələri kapotun altında Lamborghini markasının tarixindəki ən güclü V12 mühərriikinin yerləşəcəyini bildiriblər.
6,5-litrlik V12 atmosfer mühərriki 830 at qüvvəsi üzərində güc hasil edə bilər. Güc qurğusu seriya modellərində tətbiq edilən "robot" əvəzinə altı pilləli sekvental ötürmələr qutusu ilə tandemdə çalışır. Ötürmə yalnız arxa oxadır.
Lamborghini SCV12 yarış modeli olmayacağına baxmayaraq, onun kuzovu GT3 kateqoriyasında çıxış edən avtomobillərə nisbətən daha da böyük yerəbasma gücü hasil etdirir.Aerodinamik səmərəliliyini artırmaq üçün, hiperkarı iri ön splitter, yan hava yönləndiriciləri, kandarlardakı şaquli "qabırğalar" və karbondan hazırlanmış arxa antiqanad ilə təchiz ediblər.
Öndə 19, arxada isə 20 düymlük diametri olan maqneziumdan hazırlanmış təkər diskləri, bu avtomobil üçün xüsusi olaraq hazırlanmış Pirelli şinlər ilə təchiz ediləcəkdirlər.
Trek superkarlarının qiyməti və planlaşdırılan istehsal həcmi yayın sonuna qədər avtomobilin rəsmi təqdimatı ilə eyni vaxtda elan ediləcəkdir. Şirkət nümayəndələri avtomobilin sahibləri üçün eksklüziv klubun yaradılacağından, klubun üzvülərinin Squadra Corse komandasının mühəndislərinin və "Le Manın 24 saatı" marafonun iştirakçısı Emanuel Pirronun bilavasitə köməyi ilə dünyanın ən məşhur treklərində dövrələr vura biləcəyindən bəhs ediblər. Bu, avtomobilin tirajının olduqca kiçik olacağından xəbər verir.