Bir neçə gün bundan əvvəl Lamborghini şirkətinin Countach superkarının 50-illik yubileyi şərəfinə V12 mühərrikinə əsaslanan hibrid güc qurğusu ilə təchiz edilmiş superkarı hazırladığı barədə xəbər vermişdik. Bu gün italyan istehsalçısı yeni modelin bir neçə tizerini yayımlayaraq, bəzi eksteryer detallarını nümayiş etdirib.

Tizerlərdən göründüyü kimi, yeni superkar retro üslubunda dizayna malik olacaqdır. Bu,xüsusuilə, ön hissədə özünü büruzə verir: burada pazşəkilli formaya malik olan “burun” və Countach yazısı diqqəti çəkir. Radiator barmaqlığı kifayət qədər nazikdir, onun aşağı hissəsində isə, iri splitterin quraşdırıldığını görürük.

Bundan başqa, italyan istehsalçısı Countach LPI 800-4 modelinin kapotunun altına nəzər salmağa da imkan verir. Şüşəli bölmələrə malik olan kapotun altından V12 mühərrikinin üst hissəsi görünür. Artıq məlum olduğu kimi, bu mühərrik superkondensatorlardan qidalanan elektrik mühərriki quraşdırılmış “robot” ilə tandemdə çalışacaqdır. Eyni sxemdən Lamborghini Sian superhibridində də istifadə olunur.

Nəhayət, üçüncü tizerda mühərrikin hava qəbuledicisi nümayiş olunur. Quruluş baxışından bu element orijinal Countach modelindəkinə bənzəyir. Hava girişinin yaxınlığında isə yanacaq çəninin qara rəngli qapaığı yerləşir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Artıq elan edildiyi kimi, Lamborghini Countach LPI 800-4 modeli 15 avqust tarixində Pebbl-Biçdə keçiriləcək Zəriflik müsabiqəsində təqdim olunacaqdır. İlkin məlumatlara görə, superkarın tirajı 112 nüsxə ilə məhdudlaşdırılacaqdır. Yeni superhibridin qiymətinin üç milyon avro olacağı söylənilir. Çox güman ki, yeni Countach modelinin bütün nüsxələri artıq öz sahiblərini tapıblar.    

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.