Lamborghini özünün zavod yarış komandasının yubileyi şərəfinə Huracan STO SC 10° Anniversario modelini hazırlayıb. Lamborghini şirkətinin zavod yarış bölməsi olan Squadra Corse 2023-cü ildə onuncu ildönümünü qeyd edir.

Yubiley münasibəti ilə, İtaliya avtomobil istehsalçısı Vallelunqada keçirilən Lamborghini World Finals 2023 turnirində Lamborghini Ad Personam zavod fərdiləşdirmə proqramı çərşivəsində yaradılmış eksklüziv Huracan STO SC 10° Anniversario superkarını nümayiş etdirib. Unikal avtomobil yeganə nüsxədə hazırlanıb. Texniki cəhətdən dəyişiklik olmayıb.

Firma Verde Mantis və Nero Noctis çalarlarına boyanmış superkar İtaliya milli bayrağının rənglərində zolaqlara malikdir. Onun görünüşünü qapılardakı start nömrələri üslubunda olan Squadra Corse 10° Anniversario loqotipləri və yarış bölməsinin “üzgəcdəki” emblemi ilə tamamlanır.

Karbondan kuzov dəsti qırmızı Rosso Mars haşiyələri ilə bəzədilib. İnteryer qara Nero Ade alkantarası ilə örtülüb, üzlüklər isə yaşıl Verde Fauns sapından tikişlərə malikdirlər. Döşəmə karbonplastiklə örtülüb, oturacaqların arxa tərəfində isə modelin unikal statusunu göstərən karbon lövhə var.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Superkar trekdə istifadə üçün nəzərdə tutulduğundan, Huracan STO SC 10° Anniversario salonunda dördnöqtəli təhlükəsizlik kəmərləri və alüminiumdan yarımqəfəsə quraşdırılıb.

Arxa ötürməli yubiley superkarı 640 at qüvvəli atmosferli 5,2-litrlik V10 atmosfer mühərriki və 7-pilləli LDF “robot” ilə təchiz edilib. Yeganə təkmilləşdirmə titandan hazırlanmış Akrapovic buraxılış sistemidir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.