Böyük Britaniyanın Vulverhempton şəhərinin bələdiyyə şurası Lamborghini Huracan superkarını «sifarişlə taksi xidməti göstərən avtomobil» qismində qeydiyyata almışdır. Beləliklə, Huracan superkarı, bu kateqoriyada Böyük Britaniyanın icazəsini almış ilk sportkar olmuşdur. Bu barədə məlumatı Express&Star saytı yaymışdır. Qiyməti 196 min funt-sterlinq olan yaşıl rəngə boyanmış Lamborghini Huracan superkarı Special Wedding Cars şirkətinə məxsusdur. Əvəllər firmanın sərəncamında ağ rəngli Lamborghini Gallardo sportkarı olsa da, bu avtomobili yalnız təntənəli mərasimlər üçün kirayələmək mümkün idi.
Müvafiq icazə olmadan bir nöqtədən digər nöqtəyə ödənişli sərnişin daşınması Böyük Britaniyada qadağan edilmişdir və bu qaydanı pozanları böyük cərizə gözləyir. Artıq şirkətin superkarla taksi xidmətini həyata keçirməyə tam ixtiyarı vardır.
«Biz hesab edirik ki, Huracan modelini əsasən toy şənlikləri və buraxılış balı üçün icarəyə götürəcəklər. Əgər kimsə, onu alış-verişə və ya dəmiryol stansiyasına kimi apamamızı istəyərsə, heç bir problem görmürəm. Lakin, bu xidmət üzrə minimum tarif saatda 349 funt-sterlinq (754 manat) təşkil edir», - söyləyən şirkətin ortaqlarından biri olan Heydi Uark belə izahat vermişdir.
Lamborghini Huracan superkarı 610 at qüvvəsi gücü və 560 Nm fırlanma anı olan 5,2-litrlik V10 mühərriki ilə hərəkətə gəlir. Superkar 100 km/saat həddinə 3,2 saniyəyə sürətlənmək imkanına malikdir. Onun maksimal sürəti 325 km/saata bərabərdir.