Hazırda Stellantis konserninin tərkibinə daxil olan Lancia şirkəti 2028-ci ilə qədər elektromobil istehsalçısına çevrilməlidir. Elektrikləşdirmə strategiyasının ilki debütü 2024-cü ilə planlaşdırılan növbəti nəsil Ypsilon modeli olacaq. Daha sonra, 2026-cı ildə, italyan brendi özünün flaqman modelini - STLA Medium platformasında inşa ediləcək elektrik fastbəkini buraxacaq.
Nəhayət, 2028-ci ildə əfsanəvi Delta adı model çeşidinə qaytarılacaq. Həm Ypsilon, həm də Delta modeli sirr pərdəsi ilə örtülüdür. Ancaq flaqman haqqında bəzi məlumatlar mövcuddur.
Məsələn, flaqman modelini İtaliyada, Melfidəki Stellantis zavodunda buraxacaqlar. Fastbək, Ypsilon kimi, hibrid versiyası olmayan, 700 kilometrə qədər məsafə qət edən, ön və ya tam ötürməli elektrokar olacaq. Lancia şirkəti, öz avtomobillərinin zərif dizayn ilə seçiləcəyini vəd edir.
Onların interyeri italyan qonaq otaqğının atmosferini yaratmalıdır. İnteryerdə üstünlük təzadlı rəng bloklarına və gözlənilməz perspektivləri olan sadə arxitekturaya veriləcək. Tərtibatda davamlı inkişaf prinsipinə uyğun olan ən keyfiyyətli materiallardan istifadə ediləcək.
Bu üslub əvvəllər ümumi cizgilərdə Pu+Ra HPE konseptində tətbiq edilmişdi. Bir sözlə, bu, memarlıq, moda və interyerdə ən son tendensiyaların Stratos kimi əfsanəvi Lancia avtomobillərinin formalarının birləşməsidir. Müasir ekoloji tendensiyalara əsasən, toxunula bilənən səthlərin təxminən yarısı təkrar emal edilmiş və ya ekoloji cəhətdən təmiz materiallardan hazırlanacaq.
Bu işdə 95 ildir ki, dizayner mebeli yaradan Cassina şirkəti Lancia şirkətinə kömək edəcəkdir. Lancia təkrar emal edilmiş materialların istifadəsi baxımından Stellantis konserninə daxil olan bütün brendləri keçməyi planlaşdırdığından, eksperimentlər üçün geniş imkanlara malik olacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.