Birləşmiş Ərəb Əmirliklərində yerləşən və klassik avtomobillərin satışı ilə məşğul olan Tomini Classic firması, Lancia HF Stratos ralli avtomobilinin adi yollar üçün olan və Stradale indeksi daşıyan variantını satışa çıxarmışdır. Firmanın saytında avtomobilin qiyməti göstərilməsə də, digər satış saytında onun dəyəri 490 000 ABŞ dolları təyin edilmişdir. Avtomobilin yürüyüşü 44 000 kilometr təşkil edir və onun Ərəb Əmirliklərinə nə vaxt gətirildiyi məlum deyildir.
Avtomobil 1976-cı ildə Avstriynın Vels şəhərində yaşayan vətəndaşı tərəfindən sifariş edilmişdir. Sonradan, 1999-cu ildə, avtomobil ölkənin paytaxtı olan Vyanada yaşayan bir şəxsə satılmışdır.
Lancia HF Stratos Stradale hərəkətə, Ferrari Dino modelindən alınmış və ralli avtomobilinə nisbətən gücü azaldılmış, 190 at qüvvəli 2.4-litrlik V6 mühərriki ilə gəlir. Avtomobilin sürətlər qutusu 5 pilləli mexaniki qutudur. Avtomobil 2000-ci ildə yenidən bərpa edilmiş və yaxşı vəziyyətdə olduğu məlumdur.
Lancia Stratos HF Stradale kupesi 1973-cü ildə Dünya Ralli Çempionatında əfsanəvi «group B»dən əvvəlki «group 4» sinfində omoloqasiyadan keçmək məqsədi ilə yaradılmışdır. İtaıyan istehsalçısı bu avtomobildən cəmi 492 ədəd istehsal etmişdir.