Toyota Land Cruiser 70 ofrouderi bu il 40 illik yubileyini qeyd edir, lakin heç də təqaüdə çıxmağa hazırlaşmır. Əksinə, keçən il ofrouder geniş miqyaslı yenilənməyə məruz qalıb. "Yetmiş" Yaxın Şərqdə, eləcə də Yaponiya və Avstraliyada populyar olaraq qalır. İndi başqa bir yenilənmə məhz sonuncu bazar üçün təklif edilir.

Son vaxtlara qədər “Yaşıl Qitdə” ofrouderin aşağı güclü 4,5-litrlik V8 turbodizeli (205 at qüvvəsi, 430 Nm) və beş pilləli mexaniki transmissiya ilə təchiz edilmiş ən nostalji versiyası satılırdı. Lakin səkkizsilindrli aqreqat altı ay əvvəl mühərrik çeşidindən çıxarılmış və onunla birlikdə mexaniki ötürmələr qutusu da ixtisara düşmüşdü. İndi isə, mexaniki transmissiya geri qaytarılıb və 2,8-litrlik dördsilindrli turbodizel ilə tandemdə çalışacaq.  Bu aqreqat son bir il yarım ərzində yalnız altı pilləli avtomatik transmissiya ilə təklif edilirdi.

Sınanmış beş pilləli mexaniki transmissiyanı qorumaq üçün dizelin fırlanma anı 500-dən 450 Nm-ə qədər azaldılıb, lakin güc eyni qalıb - 204 at qüvvəsi. Maksimal fırlanma anı yalnız 2400 dövr/dəqiqədən, “avtomat” ilə təchiz edilmiş versiyada isə, 1600 dövr/dəqiqədən əlçatandır.

Bununla belə, əvvəlki V8 ilə müqayisədə fırlanma anının artımı 20 Nm olub. Nəhayət, üç pedallı avtomobillər təpədən enmə köməkçisini itiriblər. Bununla belə, transmissiyanın ötürmə cərgəsinə yenidən baxılıb: ilk üç pillə bir-birinə yaxınlaşdırılıb, beşinci, ən yüksək pillə isə, uzadılıb. Gücləndirilmiş konstruksiya və yeni nazim-çarx bəyan edilib.

Image alt Image alt Image alt Image alt

Land Cruiser üçün mexaniki sürət qutusunun seçilməsi 2000 Avstraliya dollarına (təxminən 1300 ABŞ dolları) qənaət etməyə imkan verəcək. Bununla birlikdə, üç pedalı olan versiyaların sayı "avtomatı" olan versiyalar ilə  müqayisədə daha azdır!

Məsələn, bir sıralı kabini olan pikaplar üçün mexaniki transmissiya ümumiyyətlə əlçatan deyil. Beşqapılı ofrouderlər üçün isə o, yalnız maksimum GXL konfiqurasiyasında əlçatandır. Buna görə də, Avstraliyada Toyota Land Cruiser 70 modelinin başlanğıc qiyməti dəyişməyib: 75 600 Avstraliya dolları və ya 48 200 ABŞ dolları.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.