Land Rover şirkəti 1970-ci ilin klassik Range Rover modelini yenidən həyata qaytarmışdır. Adına Reborn (“yenidən doğulmuş”) əlavə edilmiş ofroder Classic bölməsi tərəfindən hazırlanmışdır. Cəmi 10 ədəd belə avtomobilin buraxılması nəzərdə tutulmuşdur.
Qeyd etmək lazımdır ki, avtomobillərin hər birinin dəyəri 135 min funt sterlinq (325 min manat) məbləğındə olacaqdır. Avtomobil, qorunub-saxlanışmış çertyoj və spesifikasiyalarına əsasən autentik elementlərdən istifadə edilərək tamamilə yenidən bərpa edilmiş orijinal Range Rover ofroderini təmsil edir. Bununla belə, 10 avtomobilin hər biri Bahama Gold rənginə boyanmış və 3,5-litrlik V8 mühərriki ilə təchiz ediləcəkdir. Mühərrik 132 at qüvvəsinə və 251 Nm fırlanma anına malikdir. Güc aqreqatı dörd pilləli mexaniki ötürmələr qutusu ilə birgə çalışır. Ofroder mərkəzi differensialın qapanması olan tam çəkiş sistemi ilə təchiz edilib.
Land Rover Classic bölməsinin əməkdaşları lazımi vəziyyətdə olan avtomobillərin axtarıb-tapılması üçün müştərilərlə sıx işləmək niyyətidədirlər. İstənilən halda mütəxəssislər, bərpa edilən avtomobilin kolleksiya nümunəsinə çevirməyə çalışacaqdırlar 2016-cı ilin yazında Land Rover 25 ədəd Series I orijinal ofroderi bərpa etmək planları barədə bəyanat vermişdi. 1948-ci ildə buraxılan avtomobil Defender ailəsinin əcdadı sayılır.
Bu avtomobilləri də yaxşı vəziyyətdə olan ofroderlərin hesabına yenidən hazırlamaq nəzərdə tutulurdu.