Bu il Ceyms Bond haqqında kinofranşizasının 60 yaşı tamam olur. Land Rover bu əlamətdar hadisəni qeyd etmək üçün Şimali Uelsdə keçiriləcək Bowler Defender Challenge ralli-reydində iştirak edəcək xüsusi yarış Defender ofrouderini hazırlayıb.

“Bond” versiyası standart ofrouderdən qızılı rəngli livreyası ilə fərqlənir – kapot və baqaj qapısında agent 007 haqqında çəkilmiş 25 filmin hamısının adı həkk edilib, dam və yan qapılara isə yubiley loqoları vurulub.

Defender modelinin hazırlanmasına Bowler Motors şirkəti cavabdeh idi. Əsas olaraq, ofrouderin 300 at qüvvəli benzin “turbodördlüyü” ilə təchiz edilmiş qısaldılmış versiyası götürülüb.

Avtomobili əsaslı şəkildə yenidən işləyiblər: onu klirensi 25 millimetr artırılmış xüsusi asqı, Fox amortizatorları və yolsuzluq şinləri taxılmış 18-düymlük ralli diskləri ilə təchiz ediblər. Kuzov əlavə olaraq gücləndirilib, onun altlığı möhkəmləndirilib, soyutma sistemi təkmilləşdirilib və arxa spoyler əlavə edilib.

Təhlükəsizlik qaydalarına əsasən, salonda asqının dayaqlarına qoşulmuş çərçivə quraşdırılıb. Bundan başqa, Defender modelində transmissiyanın ləçəkləri olan çıxarıla bilən yarış sükan çarxı, altınöqtəli kəmərləri olan idman oturacaqları, habelə yanğından və elektronikanın qəfil sönməsindən qoruyan yeni sistemlər peyda olub.

Bondiananın şərəfinə hazırlanmış liveriyaya gəlincə, onun Land Rover modelində tətbiq edilməsi təsadüfi deyil. Məsələ ondadır ki, Britaniya brendinin avtomobilləri (eləcə də Jaguar) bir neçə onilliklər ərzində 007 xəfiyyəsi haqqında çəkilmiş filmlərdə iştirak edirlər. Land Rover modeli ekranda ilk dəfə 1983-cü ildə şəkilmiş “Octopussy” filmində peyda olub.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Şimali Uelsdəki Bowler Defender tədbiri martın 26-da baş tutacaq və 2022-ci il mövsümü təqvimində yeddi tədbirdən ikincisi olacaqdır. Qızıl livreyalı ofrouderini Britaniya ralli seriyasının üçqat çempionu Mark Higgins idarə edəcəkdir. O, həm də peşəkar kaskadyordur. Higgins dörd Ceyms Bond filmi üzərində işləyib - Quantum of Solace, Skyfall, Spectre və No Time to Die.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.