Pandemiyadan hər kəs əziyyət çəkir - insanlar, avtomobil istehsalçıları və hətta prodakşn şirkətləri də. Ceyms Bonda haqqında franşizanın iyirmi beşinci filmi olan “Ölmək vaxtı deyil” kino əsəri, lənətə gəlmiş koronavirus olmasaydı, çoxdan kirayəyə çıxmalı idi. Lakin artıq filmin debütünə heç nə mane ola bilməz - “Ölmək vaxtı deyil” filmi bu ayın sonunda Böyük Britaniyada ekranlara çıxmalıdır. Filmin ABŞ-dakı premyerası 8 oktyabr tarixində baş tutacaqdır.

Bu əlamətdar hadisənin yaddaşlarda qalması üçün, Land Rover şirkəti xüsusi Defender ofrouderini hazırlayıb. Yeri gəlmişkən, ingilis avtomobil istehsalçısı artıq 38 ildir ki, kinofranşiza ilə əməkdaşlıq edir.  

Əgər xəbəriniz yoxdursa, ingilis xəfiyyəsi Aston Martin avtomobillərini idarə edəcəkdir. Onun düşmənləri isə Land Rover. Məhz bu səbəbdən Bond Edition adlandırılmış xüsusi versiyadan olan ofrouderlərdə nə katapult kreslosu, nə gülləsaçan, nə tüstü örtüyü, xülasə, 007-yə məxsus olan heç bir atribut olmayacaqdır - axı ofrouder cinayətkar avtomobilidir.

Land Rover Defender Bond Edition modelini Baddle rəngli kuzovu, qara rəngli 22-düymlük təkər diskləri, mavi Xenon Blue rəngli supportları, işıqlandırılan yaddaş lövhəcikləri və sürücü qapısından proyeksiya olunan “” “007” loqosu sayəsində tanımaq mümkün olacaqdır.

İnteryerdə isə, ofrouderin məhdud saylı seriyaya aid olduğunu “007” loqotipləri və “one of 300” lövhəsi göstərir. Bundan əlavə, əyləncə sistemi işə salındıqda, onun ekranında Land Rover markasının Ceyms Bond franşizasına verdiyi töhfəni əks etdirən cizgi filmi nümayiş olunur.

Land Rover SVO (Special Vehicle Operations) bölməsi tərəfindən yaradılmış Defender V8 Bond modeli həm 90, həm də 110 kuzovu ilə təklif ediləcəkdir. 525 at qüvvəli 5,0-litrlik V8 mühərriki ilə təchiz edilmiş ofrouder 300 nüsxədən ibarət məhdud saylı tirajla buraxılacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Rejissoru Karey Ceci Fukunaqi olan “Ölmək vaxtı deyil” macəra filmi Yan Fleminqin romanına əsasən çəkilib, baş rolu isə Deniel Kreyq ifa edir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.