Land Rover şirkəti Defender modelinin yeni modifikasiyasını təqdim edib. Defender Hard Top adlandırılan model uilitar kommersiya furqonudur.
Hard Top adı ingilislər tərəfindən 1950-ci ildən bəri istifadə olunur. O zaman, Land Rover Defender modelinin üç və beş qapılı variantlarına əsaslanan yük-sərnişin versiyaları belə adlandırılırdılar. Hard Top modelinin müasir modifikasiyası Special Vehicle Operations bölməsi tərəfindən hazırlanıb.
Furqon kuzovlu Defender modeli sərnişin versiyasından arxa şüşələrin olmaması ilə fərqlənir. Ənənəvi 90 indeksini daşıyan üçqapılı Defender yalnız yaylı asqı, 110 indeksli beşqapılı versiyanı isə, tənzimlənən klirensi olan opsional pnevmatik asqısı ilə də təchiz etmək olar.
Furqonun içərisində yalnız bir oturacaq cərgəsi var və opsional olaraq adi sərnişin oturacaqlarını ikiyerli “divan” ilə də əvəzləmək mümkündür - bu zaman üçüncü sərnişini də yerləşdirmək imkanı yaranır.
Arxa pəncərələrin olmaması, görmə qabiliyyətini yaxşılaşdıran ClearSight və 3D Surround Camera sistemləri ilə kompensasiya edilir. Təkər bazasının uzunluğundan asılı olmayaraq, Defender Hard Top 3500 kiloqram ağırlığında treyleri yedəyə ala bilər.
İngiltərədə furqonun qiyməti 35.500 funt sterlinqdən başlayır. Defender Hard Top modelinə sifarişlərin qəbuluna yaxın aylarda başlanacaqdır.