Niderlandın Heritage Customs studiyası Land Rover Defender ofrouderini fərdiləşdirmək üçün qeyri-adi aksessuarları təqdim edib. Atelye ofrouderi paslanmiş (!) örtmələrlə bəzəməyi təklif edir.
Zarafat etmirik. Tüner metalı tezləndirilmiş korroziyaya uğradır, sonra isə prosesi saxlayaraq onu “konsrvasiya” edir. Paşlanmış detallardan yan hava barmaqlıqlarda və kapotda istifadə etmək təklif olunur.
Bununal belə, firmanın banisi olan Nils van Roy (Londondakı Nieels van Roij Design studiyasının rəhbəri) müştərilərin adı çəkilən detalları alternativ örtüklərlə də sifariş edə biləcəklərini söyləyir. Bunların arasında qızıl, bürünc, titan və latun da var. Belə örtmə 20 illik dayanıqlılığa malikdir.