Xatırlayırsınız isə, keçən həftə yeni nəsil Land Rover Defender modelinin interyerinin şəklini dərc etmişdik. Twitter sosial şəbəkəsində dərc edilmiş fotoşəkildə avtomobilin ön paneli dərc edilmişdi.
Dərc edilmiş təsvirə Land Rover şirkətinin reaksiyaı gecikməyib. Şirkətin mətbuat xidməti şəkli "köhnəlmiş" adlandırıb. İstehsalçının hüquq bölməsi isə, şəkli dərc etmiş istifadəçini iddia qaldırılacağı ilə hədələyib.
"Jalopnik" saytının redaksiyası Land Rover şirkətinin PR bölümü ilə əlaqə saxlayaraq şəkilə münasibətlərini bildirmələrini xahiş edib. Rsəmi nümayəndələr şəklin peyda olunmasının planlaşdırılmış PR kampaniya olmadığını və köhnəlmiş təsvirin daxili istifadə üçün nəzərdə tutuldğunu bildiriblər. Bununla belə, onlar şəklin nə zaman çəkildiyini söyləməkdən imtina ediblər və Defenderin interyerinin başqa dizayna malik olduğunu söyləyiblər.