Land Rover şirkəti Defender modelinin Trophy adlı xüsusi versiyasını təqdim edib. Amerika bazarında satılan P400 X-Dynamic SE modifikasiyasına əsaslanan ofrouder dünyaca məşhur olan ikirəngli kuzov boyanmasını, bir sıra ekspedisiya ləvazimatlarını və 400 at qüvvəli mühərriki əldə edib. 220 nüsxəlik tirajla buraxılacaq Trophy vesiyasının qiyməti 90 min dollardır.

Land Rover Defender Trophy ofrouderi Camel Trophy yarışmalarında çıxış edən klassik ofrrouderlərdən ilham alınaraq yaradılıb. Məhdud saylı seriyadan olan ofrouderlər sarı və qara rəngli kuzova, habelə ön qapılardakı marka loqotiplərə sahib olublar. Bundan başqa, avtomobilləri bamperlərin əlavə müdafiəsi, damda quraşdırılan ekspedisiya baqajı, irəli çıxan nərdivan, bucurqad, palçıqlıqlar və quraşdırılmış hava kompressoru ilə təchiz edirlər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bundan əlavə, Defender Trophy modelinin standart avadanlıq siyahısına pnevmoasqı, ofroud və iqlim paketləri, həmçinin 11,4-düymlük sensorlu ekranı olan Pivi Pro multimediya sistemi daxildir. Ofrouder 400 at qüvvəsi və 550 Nm fırlanma anı hasil edən 3,0-litrlik altısilindrli mühərrik, səkkiz pilləli ZF “avtomatı” və iki pilləli paylayıcı qutu ilə təchiz edilir.

Eyni zamanda, Defender Tophy ofrouderlərinin alıcıları təkcə unikal bir avtomobili deyil, həm də ABŞ-ın Şimali Karolina ştatında keçiriləcək bir günlük Trophy Competition ofroud marafonunda iştirak etmək imkanı əldə edəcəklər.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.