Bu ilin fevral ayında Land Rover şirkəti 525 at qüvvəli 5,0-litrlik kompressorlu V8 mühərriki ilə təchiz edilmiş Defender modelini təqdim edib. Hazırda bu model Defender ofrouderinin tarixindəki ən güclü versiyadır, lakin tezliklə bu vəziyyət dəyişə bilər.
Motor Trend nəşrinin Land Rover şirkətindəki mənbələrinə istinadən verdiyi məlumata görə, JLR ittifaqının SVO bölməsi ofrouderin ənənəvi SVR indeksini alacaq “bərkgedən” versiyası üzərində işləyir. Beləliklə, ingilislər, Defender modelini davamlı tələbat olan yüksək marjalı güclü ofrouderlər seqmentinə daxil etmək istəyirlər. Land Rover Defender SVR həm 90, həm də 110 modifikasiyalarında satışa çıxarılacaqdır.
“Normal” Defender V8 modelindən fərqli olaraq, SVR versiyası fərqli mühərrik ilə təchiz ediləcəkdir - bu, BMW şirkətinin istehsalı olan 600 at qüvvəli 4,4-litrlik V8 biturbo mühərrikidir. Əgər yeni Defender modelinin 5,0-litrlik kompressorlu V8 mühərriki ilə təklif edildiyini nəzərə alsaq, ofrouderin iki növ V8 mühərriki ilə satışa çıxarılacaqdır.
Land Rover Defender SVR modeli daha sərt asqını və güclü əyləcləri, yenidən tənzimlənmiş ötürmələr qutusunu və xırda kosmetik dəyişiklikləri əldə edəcəkdir. Məlum məsələdir ki, belə ofrouderin qiyməti də kifayət qədə yüksək olacaqdır.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.