Land Rover şirkəti Defender ofrouderinin yeni versiyalarını hazırlayıb. Bu ilin yazından bəri satışa çıxarılan model, turbodizel mühərriki və 404 at qüvvəli hibrid modifikasiyaya sahib olub. Bundan əlavə, ofrouder üçün təklif edilən təchizat səviyyələri siyahısına X-Dynamic səviyyəsi də əlavə edilib.
Artıq LR Defender modelinin xəttinin ən güclü nümayəndəsi Defender P400e PHEV qoşulan hibrididir. Ofrouderin top versiyanın kapotunun altında 300 at qüvvəli 2,0-litrlik dördsilindrli turbomühərrikin əsasında yaradılmış hibrid güc qurğusu yerləşir. Hibrid qurğunun ümumi hasilatı 404 at qüvvəsi və 640 Nm fırlanma anı təşkil edir. Beləliklə, yeni hibrid versiya P400 modelindən 4 at qüvvəsi güclüdür və 100 km/saat həddinə 5,6 saniyəyə sürətlənir. Bu, P400 modelinin göstəricisindən 0,4 saniyə azdır.
Eyni zamanda, Defender modelinin mühərrik çeşidi Ingenium ailəsindən olan 3.0-litrlik biturbodizel ilə denişlənib. Dizel aqreqatı üç güc variantında təklif olunur: 200 at qüvvəsi və 500 Nm (D200), 249 at qüvvəsi və 570 Nm (D250), 300 at qüvvəsi və 650 Nm (D300). Bütün modifikasiyalar 48 voltluq elektrik əlavəsi və səkkiz pilləli avtomatik transmissiya ilə təchiz edilirlər.
Kuzovun növündən və mühərrikin gücündən asılı olaraq, 100 km/saat həddinə qədər sürətlənməyə 6.7 ilə 10.2 saniyə arasında vaxt sərf edilir. Yeni avtomobil artıq Böyük Britaniyadakı dilerlər mərkəzlərində 35,8 min funt sterlinqdən başlayan qiymətlərlə təklif edilir.
X-Dynamic təchizat səviyyəsinə malik olan Defender 90 və Defender 110 modellərini yeni rənglərdə sifariş etmək mümkündür: ağ Yulong White, gümüşü Silicon Silver və boz Carpathian Grey, Seçilən rəngi olan dam da nəzərdə tutulub.
Opsional avadanlıq siyahısına qatlanan parça dam (Defender 110 üçün), digər tənzimləmələri asqı sistemi (Defender 90 üçün), Meridian Sound System səs sistemi, proyeksiya ekranı, ön duman işıqları, qara-boz rəngli təkər diskləri daxil edilib.