Britaniyanın Labd Rover şirkəti yenilənmiş Discovery Sport modelini təqdim etmişdir. Avtomobildə baş vermiş əsas dəyişikliklər İnControl Touch Pro məlumat-əyləncə kompleksinin quraşdırılması, həmçinin, opsional Graphite Pack dəstinin tətbiqi və rəng palitrasının genişləndirilməsidir. Bütün bu yeniliklərə baxmayaraq, avtomobilin qiyməti əvvəlki səviyyədə - 31095 funt-sterlinq olaraq qalmışdır. Yenilənmiş avtomobilin rəng palitrasına Silicon Silver, Farallon Black, Carpathian Grey və Aruba çalarları daxil edilmişdir.
Beləliklə, 2017-ci modeli ilinə aid olan Land Rover Discovery Sport modelinin təchizatına 10,2-düymlük sensorlu ekranı olan İnControl Touch Pro sistemi əlavə edilmişdir ki, yeni dospley də əski 8,0-düymlük ekrana nisbətən daha iri piksel sıxlığına malikdir.
Yenilənmiş İnControl Touch Pro kompleksi həmçinin təkmilləşdirilmiş interfeyslə və Bluetooth vasitəsi ilə gündəlik istifadə əşyaları aşkar etməyə yardım edən Tile funksiyası ilə təchiz edilmişdir. Tile funksiyası pul kisəsinə yerləşdirilən, açarlara brelok əvəzinə asılan və yaxud çantaların qulpuna bərkidilən xüsusi işarələr vasitəsi ilə itmiş əşyaları axtarıb-tapmağa köməklik edir.
Yeni sistemin əhatə dairəsi 50 metr təşkil edir. Sahibindən yaxın məsafədə olan işarələr səs siqnalları verərək yerlərini bildirmək imkanına da malikdirlər. Bundan başqa, onların yerləşməsini multimedia sisteminin ekranında da görmək olar.
Bununla belə işarələr bir şəbəkədə bilrəşmək qabiliyyətinə malikdirlər ki, onların yaxınlığıdan keçən smartfonu olan istənilən şəxs əşyaları tapmağa «yardım» edə bilər. İşarələrin fəaliyyət müddəti bir ildir. Bu müddətdən sonra batareyanın bitməsi səbəbindən yeni işarələri almaq gərəkdir. Bir işarənin qiyməti 25 dollardır.
Yenilənmiş avtomobilin standart təchizatına sürücünün yorğunluq dərəcəsini təyin edən sistem də daxil edilmişdir.
Əlavə olaraq, avtomobilin avadanlıq siyahısına zolaqlara nəzarət və yol nişanlarını «oxuyaraq» sürücüyə sürət məhdudiyyəti barədə anında məlumat verən intellektual sistem də daxildir.