JLR konserni doqquz ildir istehsalda olan beşinci nəsil Land Rover Discovery modelini növbəti dəfə yeniləyib. Modernizasiya çərçivəsində mühərrik çeşidi yenidən nəzərdən keçirilib, təchizat zənginləşdirilib və modifikasiya çeşidinə Landmark adlı yeni komplektasiya əlavə olunub.

Yenilənmiş Discovery artıq S, LandmarkTempest versiyalarında təklif olunur. Şimali Amerika bazarında baza komplektasiyası 296 at qüvvəli 2,0 litrlik benzin mühərrikini itirib və bundan sonra yalnız 360 at qüvvəli 3,0 litrlik sıralı altısilindrli Ingenium P360 aqreqatı ilə satılacaq. Avropada isə model 250 və 350 at qüvvəli D250D350 turbodizel mühərrikləri ilə təklif olunur. Bütün versiyalar səkkizpilləli ZF avtomatik transmissiyası, 48 voltluq "mild hybrid" sistemi və tam ötürmə ilə təchiz edilir.

Yeni Landmark komplektasiyası tündləşdirilmiş eksteryer dekoru, 21 düymlük təkər diskləri, Tasman Blue kuzov rəngi, panoram dam, mərkəzi konsolda soyuducu bölmə və Tech Velour salon üzlüyü ilə seçilir. Flaqman Tempest versiyası isə yeni kuzov rəngləri, 22 düymlük disklər və daha zəngin interyer avadanlığı əldə edib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yenilənmiş Land Rover Discovery artıq Avropa və Şimali Amerika bazarlarında sifariş üçün əlçatandır. Almaniyada modelin qiyməti 78 600 avrodan, ABŞ-da isə 64 900 dollardan başlayır.

© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.