Jaguar Land Rover qrupunun zavod tüninq atelyesi olan SVO bölümü Range Rover markası altında ikiqapılı ofroderi hazırlayır. Avtomobilin test prototipinin fotəşəklini Auto Express nəşri yayıb.
Belə bir avtomobilin hazırlandığını markanın baş dizayneri Cerri Makqovern təsdiq edib.
"Üçqapılı Evoque modelinin bazar həcmi çox kiçikdir. Üstəlik, tələbata amlik olmayan kabriolet də mövcuddur, - jurnalistlərin Land Rover şirkətinin Evoque modelinin varisini hazırlamaq planları barədə sualına Makqovern belə cavab verib. - Lakin, biz ikiqapılı daha iri avtomobil hazırlamaq istəyirik, çünki o daha eksklyuziv olacaqdır".
Şirkət nümayəndələri belə bir avtomobilin yaradılmasının markanın tarixini ilə əlaqədar olduğunu bildiriblər.
1970-ci ildə təqdim edilmiş ilk Range Rover modeli məhz ikiqapılı idi. Ofroderin dördqapılı variantı yalnız 1981-ci ildə işıq üzü görmüşdü.
1991-ci ildə orijinal modelin layihəsini hazırlayan Çarlz Kinqin xatirəsinə həsr edilən xüsusi ikiqapılı Range Rover CSK variantı buraxılmışdır.
İlkin məlumata görə, Range Rover modelinin ikiqapılı variantı bu ilin martında keçiriləcək Cenevrə avtosalonunda təqdim ediləcəkdir.
Onun satışlarına ilin sonunda başlanacaqdır.