Land Rover və turistik suborbital kosmik uçuşlar ilə məşğul olan Virgin Galactic şirkətləri ABŞ-da qeyri-adi aksiya keçirirlər.Britaniya markasının avtomobillərinin sahibləri və 20 iyuna qədər Land Rover avtomobilini alan müştərilər arasında kosmosa uçuş şansını verən bilet oynanılacaqdır. Lotoreyada Ohayo və Virginiya ştatları istisna olmaqla, 50 ştatda və Kolumbiya vilayətində yaşayan yaşı 18-dən yuxarı olan Land Rover sahibləri iştirak edə bilərlər.

Bunun üçün, xüsusi formanı dolduraraq Land Rover Adventure of Lifetime saytında qeydiyyatdan keçmək tələb olunur. Formada avtomobil VIN nömrəsinin son səkkiz rəqəmi də daxil olmaqla, onun sahibi haqqında məlumatları göstərilməlidir. Əsas mükafat Virgin Galactic ilə 90 dəqiqəlik suborbital kosmik uçuş və beşgünlük təlimlərdir. Uçuş tarixi hələlik elan edilməyib, lotoreyanın qalibinin adını isə 15 avqust tarixində açıqlayacaqlar. Belə uçuşa biletlər açıq satışda var, lakin bir biletin qiyməti 450 min dollar təşkil edir.

Başqa mükafatlar da var – onların arasında Land Rover idarəetmə mərkəzində təlim, merç və digərləri movcuddur. Bu Riçard Brensonun sahib olduğu Virgin Galactic ilə Land Rover şirkətinin ilk birgə aksiyası deyil. Üç il bundan əvvəl Special Vehicle Operations (SVO) bölməsi astronavtlar üçün Range Rover modelinin xüsusi versiyasını hazırlamışdı: belə avtomobili amerikan milyarderinin şirkəti ilə müqavilə bağlamış kosmik turistlər əldə edə bilərdilər.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.