Jaguar Land Rover konserni ofrouderlər xəttini örta ölçülü elektrikləşdirilmiş krossover ilə zənginləşdirməyi planlaşdırır. Yeni elektrik krossoveri Land Rover şirkətinin model xəttində Range Rover Evoque və Range Rover Velar modellərinin arasında yer alacaqdır. Yeni krossover MLA platformasında inşa ediləcək, həmçinin yumşaq və qoşulan hibrid modifikasiyalarda da təklif olunacaqdır.
Yeni model Land Rover brendinin dizayn, komfort və asfaltda idarələnmə xüsusiyyətlərinin yolsuzluq xarakteristikasından üstün tutulacağı ilk modeli olacaqdır. Çox güman ki, gələcəkdə Range Rover xətti şossedə olan idarəetmə xarakteristikalarına görə işlənib-hazırlanacaqdır.
Land Rover markasının şef-dizayneri Cerri Makqovern “Auto Express” nəşrinə brendin mövqeləndirməsində dəyişikliklərin olacağını bildirib. “Əgər Bentley və Rolls-Royce kimi firmalar ofrouderlər buraxırsa, onda Land Rover və Range Rover niyə dəbdəbəli avtomobillər buraxmasın ki?”, - mütəxəssis ritorik sualla müraciət edib.
Yeni Range Rover modelinin texniki xarakteristikaları barədə məlumat azdır. Krossover MLA platformasında inşa ediləcək və iki elektromor ilə hərəkətə gələcəkdir. Beləliklə, krossover tam ötürmədən məhrum olmayacaqdır. Avtomobilin döşəməsinin altında 100 kVs-lıq batareya yerləşdiriləcəkdir ki, bu da onu 480 km-lik yürüş məsafəsi ilə təmin edəcəkdir. Ənənəvi DYM-nin tərəfdarları isə tərkibinə 1,5-litrlik “turboüçlük” daxil olan hibrid qurğusu ilə təchiz edilmiş versiyaları da sifariş edə biləcəkdirlər.
Bu müddət ərizndə Land Rover modellərinin əksəriyyəti elektrikləşdirməyə məruz qalacaqdırlar. Hibrid xəttinin ilk nümayəndəsi 2020-ci ildə işıq üzü görəcək Range Rover Evoque modeli olacaqdır. Sonradan bənzər aqreqatı Discovery Sport və Defender modelləri də alacaqdırlar. Defender modelinin Range Rover PHEV modelinin hibrid qurğusunu əldə edəcəyi və elektrik ötürməsi ilə 50 km qət edəcəyi gözlənilir.