Land Rover şirkəti Danimarkadan olan LUMO arxitektura firması ilə birlikdə “çox vacib köhnə dost” üçün iki yerli yaşayış modulunu hazırlamışdır. Sökülmüş halda Discovery Sport ofroderinin baqajına yerləşən koma Santa-Klausa uzun milad səyahətində yardım etməlidir.
Komadan Selsi üzrə minus 20 dərəcədə istifadə etmək mümkündür. Onun hazırlanmasında əsil şam ağacından və müxtəlif növ ağaclardan hazırlanmış fanerdən, həmçinin yan tərəfdəki pəncərələr və ön və arxa tərəfdəki qapılarda quraşdırılan şüşədən istifadə edilmişdir. Komanın sahəsi 3,5 kvadrat metr təşkil edir ki, onun daxilində oturaq və ya uzanmış vəziyyətdə iki nəfər yerləşə bilər.
Rahatlığı təmin etmək üçün, modulun divarlarında rəflər quraşdırılmış və isti şallar qoyulmuşdur. Bundan başqa, komanın damında günəş batareyaları və daxilində isə 12 voltluq rozetkalar quraşdırılmışdır. Land Rover şirkəti komanı test etməyi peşəkar alpinist olan Kenton Kula həvalə etmişdir. Everestin 12 qat fatehi yaşayış modulunun düşünülmüş konstruksiyasının və “inanılmaz möhkəmliyinin” olduğunu bildirmişdir.