Land Rover şirkətinin Selfridges univermaqında xüsusi Defender modelini yığacağı barədə məlumat vermişdik. Artıq avtomobil tam yığılaraq mağazadakı yerini tutubdur. Land Rover Defender 110 Works V8 Soft Top ofrouderini klassik avtomobillərin inşası üzrə ixtisaslaşan Land Rover Classic bölümü yığıbdır. Avtomobil yeganə nüsxədə inşa edilibdir.
Unikal avtomobilin əsasını 2016-cı ilin Defender 110 2.2 TDCi Pick Up modeli təşkil edir. Land Rover Classic mütəxəssisləri avtomobili yumşaq tavanla təchiz edərək onun kuzovunu tünd-yaşıl, kapotunu isə sarı rəngə boyayıblar. Bu rənglər Selfridges mağazasının rəsmi rəngləridir. Ofrouder Selfridges mağazasının 29 oktyabr tarixində fəaliyyətə başlamış yeni kişi geyimləri bölməsində nümayiş etdirilir.
Eksklyuziv Defender modelin 70 illik yubileyi şərəfinə hazırlanmış Defender Works V8 ofrouderi ilə eyni mühərrikə sahibdir. Xatırladaq ki, həmin ofrouder 405 at qüvvəsi və 515 Nm fırlanma anı hasil edən 5,0-litrlik səkkiz silindrli atmosfer mühərriki və ZF frmasının pilləli avtomatik ötürmələr qutusunu əldə edib. Yerindən 60 mil/saat (96 km/saat) hərrində qısabazalı ofroder 5,6 saniyəyəı sürətlənir. Onun maksimal sürəti isə 170 km/saatdır. Cəmi 150 ədəd Land Rover Defender Works V8 modeli istehsal edilibdir.