Land Rover şirkəti 130 indeksini alacaq və üç oturacaq cərgəsinə sahib olacaq Defender modelinin sınaqlarına başlayıb. İlkin məlumata görə, belə ofrouderin üzünluğu 5,1 metrə çatacaqdır. Beləliklə, Defender 130 modeli ikicərgəli Defender 110 modelindən 35 millimetr, Mercedes-Benz G-Class modelindən 23 millimetr və nəhayət Toyota Land Cruiser ofrouderindən 15 santimetr uzun olacaqdır.

Dərc edilmiş şəkillərdən də göründüyü kimi, 130 modelinin 110 indeksini daşıyan ofrouderdən yeganə fərqi üçüncü cərgənin yerləşdiyi uzadılmış arxa hissəsidir. Yeni ofrouderin salonunda səkkiz nəfərin rahat şəkildə yerləşəcəyi güman edilir. Bununla belə, Defender 130 modelinin interyerində başqa dəyişikliklərin olacağı gözlənilmir.

Image alt Image alt Image alt Image alt Image alt

İlkin məlumatlara görə, üç cərgəli Defender modeli yalnız ən bahalı təchizat səviyyəsində və ən güclü 550 at qüvvəli mühərrik ilə təklif ediləcəkdir. Güc aqreqatı 3,0-litrlik altısilindrli mühərrikin əsasında yaradılmış “yumşaq” hibrid olacaqdır. Xatırladaq ki, bu mühərrikin gücü 360 at qüvvəsidir.

Land Rover Defender 130 modelinin təqdimatı 2022-ci ilə planlaşdırılıb və çox güman ki, bu tədbir gələn ilin sonunda keçiriləcəkdir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.