Model demək olar ki, zahiri cəhətdən dəyişməyib, lakin o, Pivi Pro media kompleksinin ən son versiyasına və ötürmələr qutusunun yığcam selektrouna sahib olub.

Əgər dünən Discovery Sport modelinin kuzovunda bir neçə Land Rover loqotipi görünürdüsə, növbəti yeniləmədən sonra yalnız bir loqotip qalıb. Səbəb Discovery brendinin müstəqil vahidə ayrılmasıdır ki, burada Land Rover adı artıq mühüm rol oynamır. Amma ümumilikdə krossoverin dizaynı dəyişməyib. Yenilənmiş modeli bütöv naxışı olan radiator barmaqlığı, yeni təkər diskləri, Varesine Blue kuzov rəngi və əlbəttə ki, interyeri sayəsində tanımaq olar - ən maraqlı yeniliklər məhz burada cəmləşib.

Birincisi, tərtibat materialları yenidən nəzərdən keçiriliblər. İkincisi, Discovery Sport anodlaşdırılmış alüminium örtmə ilə haşiyələnmiş transmissiyanın yeni selektoruna sahib olub.

Rəqəmsal cihazlar paneli, transmissiyanın sükanaltı dəstəkləri və 11,4 düymlük sensorlu ekranı olan Pivi Pro media kompleksinin ən son versiyası artıq krossoverin standart təchizatına daxildir. Burada təkcə yaxşılaşdırılmış "içalat" deyil, həm də daha mükəmməl istifadə rahatlığı var ki, bunun sayəsində də tapşırıqların 90 faizi ekrana iki toxunuşla həll olunur.

Opsiyalar siyahısında panoram dam, mikro hissəciklər filtri və karbon dioksidinə nəzarət funksiyası olan Cabin Air Purfication Plus hava təmizləmə sistemi, həmçinin ClearSight Ground View “görünməz kapot” sistemi daxildir.

Beşyerli P300e (309 at qüvvəsi, 540 Nm) PHEV versiyası istisna olmaqla, Discovery Sport  beş və ya yeddi yerli salonla təklif edilir. Hibrid krossover 14,9 kilovat-saatlıq yeni batareya ilə təchiz edilir. Sırf elektrik ötürməsi ilə faktiki yürüş məsafəsi təxminən 50 kilometrdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Hibridin bir neçə alternativi var: bunlar P200 (200 at qüvvəsi, 320 Nm) və P250 (249 at qüvvəsi, 365 Nm) benzin və D165 (163 at qüvvəsi, 380 Nm) və D200 (204 at qüvvəsi, 430 Nm) dizatl versiyalarıdır. Bütün versiyalar 48 voltluq sistemlə təchiz olunurlar. Güc qurğuları doqquz pilləli “avtomat” (əvvəllər D165 versiyasə üçün mexaniki qutu təklif olunurdu) və  tam ötürmə sistemi ilə tandemdə çalışırlar.

Bütün bu müxtəlifliyin ən sürətlisi P300e hibrididir. O, 100 km/saata sürətlənməyə 6,6 saniyə sərf edir. Xatırladaq ki, P250 bu tapşırığı 7,8 saniyəyə yerinə yetirir. Böyük Britaniyada yenilənmiş Discovery Sport modelinin qiyməti 45.000 funt sterlinqdən başlayır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.