SV indeksli ofrouder 635 at qüvvəli “biturbosəkkizliyi”, dinamik idarəetməyə köklənmiş mexatronikanı və aktiv stabilizatorlarun əvəzinə hidravlik sistemi olan adaptiv 6D Dynamics pnevmatik asqısını alıb. Həmçinin, ilk dəfə olaraq, avtomobil üçün diametri 23 düym olan karbondan hazırlanmış təkər diskləri və ön oxda səkkizporşenli Brembo supportları olan karbon-keramik əyləclər mexanizmləri təklif edilir.

Yeni Range Rover Sport SV ailənin texniki cəhətdən ən mükəmməl və güclü üzvüdür. Onun 4,4-litrlik V8 biturbomühərriki 48 voltluq sistemlə təchiz edilib, 635 at qüvvəsi və 750 Nm fırlanma anı hasil edir.

Bu, əvvəlki nəsil kompressorlu Range Rover Sport SVR modelndə olduğundan 60 at qüvvəsi və 50 Nm çoxdur. Range Rover Sport SV standart olaraq 8-pilləli “avtomat”, tam ötürmə sistemi, arxa təkərlərin dönmə mexanizmi və əyləclə dəstəklənən dartma vektoruna nəzarət sistemi ilə tamamlanan aktiv differensialla təchiz edilir.

SV versiyasının mexatronikası orijinal tənizmləmələri alıb. Lakin əsas yenilik - dayaqları köndələn dayanıqlılıq stabilizatorları kimi çıxış edən hidravlik konturla birləşdirilmiş adaptiv 6D Dynamics pnevmatik asqısıdır.

Sistem əyləcləmə zamanı önə və döngəyə girərkən yana əyilmələrlə mübarizə aparır, üstəlik, onun dayaqları isə, diaqonal şəkildə birləşdirilmiş McLaren 750 S superkarından fərqli olaraq, uzununa (ön - arxa) və eninə (sol - sağ) birləşdirilir. SV modelinin klirensi adi Sport versiyalarında olduğundan 10-25 millimetr azdır, üstəlik, ilk dəfə olaraq, arxada 305 millimetrlik şinlər quraşdırılıb.

Ofrouder 1,1 g gücündə olan köndələn sürətlənmələrə tab gətirə bilir ki, bu da Range Rover Sport SVR modelində olduğundan 22 faiz çoxdur. SV modelinin 100 km/saata sürətlənməsi 3,8 saniyə çəkir (BMW X5 M modelindən 0,1 saniyə daha yeyin), onun maksimal sürəti isə 290 km/saatdır.

Range Rover Sport SV modeli səkkizporşenli Brembo Octyma supportları (model tarixində ən böyük) olan karbon-keramik əyləc mexanizmləri və 23-düymlük karbon disklər ilə təchiz oluna bilər. Onlar birlikdə 76 kiloqram çəkiyə qənaət etməyə imkan verirlər. Kompozitdən həmçinin, Range Rover Sport SV modelinin kapotunda, radiator barmaqlığının çərçivəsində və buraxılış sisteminin çıxış borularının ucluqlarında istifadə olunur.

Digər xüsusiyyətlərə arasında trek üçün nəzərdə tutulmuş TracDSC sabitləşdirmə proqramını aktivləşdirmək imkanı olan SV Mode idarəetmə rejimi var. Bundan başqa, sintetik Ultrafabric dərisi ilə üzlüklər, kontur işıqlandırması olan şəffaf sükanaltı dəstəkləri, həmçinin ön Body və Soul Seat oturacaqlarını da qeyd etmək olar.

Kreslolar titrəyişə hissiyatlı Subpac membranları ilə təchiz olunub ki, onların fəaliyyəti süni intellektə əsaslanan xüsusi alqoritmlə idarə olunur. Membranlar audio sistemə qoşulduqları üçün dinləyicini səs sahəsinə dərindən hopdurur, eyni zamanda rahatlandırıcı Body and Soul Seat Wellness proqramlarında istifadə olunur. Onlar ürək döyüntülərinin dəyişkənliyinə müxtəlif yollarla təsir edir, narahatlığı azalda və ya koqnitivlik funksiyasını yaxşılaşdıra bilirlər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

İstehsalının ilk ilində Range Rover Sport SV modelini yalnız xüsusi dəvətnamələr alacaq seçilmiş müştərilər əldə edə bilərlər. SV Edition One modelinin Böyük Britaniyadakı satış qiyməti 169.000 funt sterlinq olacaqdır. Karbon lifli variantları sifariş etdikdə, bu məbləğ 190 minə qədər arta bilər.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.