Dünən Jaguar Land Rover şirkəti markanın ilk ofrouderinin 30 aprel 1948-ci ildə Amsterdam avtosalonundakı debütünün 70 illik yubileyinə həsr etdiyi «Ümumdünya Land Rover gününü» (World Land Rover Day) qeyd edib. Bayram münasibəti ilə Land Rover şirkəti yeni nəsil Defender modeli üzərindəki çalışmalar barədə məlumat verib.
Sınaq prototipləri 1,2 milyon kilometr yürüş ediblər. Prototiplər Dubay səhrasında 50 dərəcəlik istidə və Arpluqadakı 40 dərəcəlik şaxtalarda sinaqdan keçib. Bundan başqa, ofrouder İstnorun palçıqlarında və Moab çplünün dağlarında, Koloradonun Qayalı dağlarının üç min metrlik hündürlüyündə və hətta Nürburqrinqdə sınanıb.
Növbədə pilot partiyasından olan dörd avtomobilin final sınaqlarıdır. Lakin, yaxın zamanlarda bu avtomobillərin sayı onlarla olacaqdır. Bu Defender modellərinin bir hissəsini şirkət afrika təbiətinin qorunması ilə məşğul olan Tusk Trust qeyri-kommersiya təşkilatına veriləcəkdir. Avtomobillər Keniyanın Boran qoruğunda işləyəcəkdirlər. Ofrouderlər çayları keçəcək, 14 min hektar sahəsi olan mürəkkəb yolsuzluqda qoşquları yedəyə alacaqdır. Bu Defender modelləri xüsusi naxışları olan kamuflyaj örtüyünə malik olacaqdırlar. Plana görə, proqramın sonuna fərdi testlərin sayı 45 minə çatacaqdır.
Britaniya KİV-lərinin məlumatına görə, yeni Defender modelinin aparıcı kuzova, gücləndirilmiş ramaltılara və bütün təkərlərin müstəqil pnevmatik asqıya malik olacaqdır. Onlar yeni modelin hərəkət hissəsinin əvvəlkindən heç də geridə qalmayacağını iddia edirlər. Lakin, avtomobilin standart variantının yaylı asqıya malik olacağı məlumdur.
Land Rover Defender modelini qiymət diapazonu 45-70 min funt-sterlinq arasında olacaqdır. ofrouder qısa 90-cı seriyada və uzun 110-cu seriyada buraxılacaqdır. Hətta, ön iri Defender 130 modifikasiyasının da olacağı söylənilir. Defender ailəsi üç və beşqapılı universal kuzovu, pikap və açıq kuzovlu variantlardan ibarət ola bilər.
Şirkət yeni Land Rover Defender modelinin Slovakiyanın Nitre şəhərindəki zavodda buraxılacağını təsdiq edib. Seriya avtomobilinin bu ilin sentyabrında debüt edəcəyi, 2020-ci ilin əvvəlində satışa çıxarılacağı bildirilib.