Camel Trophy ofroud yarışları 1980 - 2000-ci illər arasında keçirilib. Amazon meşələrində keçirilmiş ilk macəra istisna olmaqla, bu tədbirin daimi tərəfdaşı Land Rover olub. Bu, Britaniya brendinin imicinə çox yaxşı təsir göstərib: müxtəlif illərdə bu yarışlar üçün Range Rover, Land Rover 90/110 və Land Rover Discovery ofrouderləri, sonda isə, hətta Land Rover Freelander krossoverlərindən istifadə olunub. İndi isə, JLR müstəqil şəkildə (Camel brendinin iştirakı olmadan) bu güclü marketinq alətini Defender Trophy adı ilə keçiriləcək yeni yarışlar vasitəsilə canlandırmaq qərarına gəlib.

Yarışın şərtləri və qaydaları ümumiyyətlə əvvəlki Camel Trophy seriyasını təkrarlayır. Yeni ofroud macərası təkcə avtomobillərdə vəhşi təbiəti fəth etmək deyil, həm də müxtəlif əlavə maneələri – məsələn, çayları salla üzərək keçmək, - qət etmək deməkdir. Yarışlarda 50-dən çox ölkənin milli komandası iştirak edə bilər. Bunun üçün bu yay başlayacaq seçmə mərhələlərdən keçmək lazımdır.

Milli çempionatların finalı gələn ilin yazında baş tutacaq və Afrikada keçiriləcək ofroud ekspedisiyası ilə yekunlaşacaq. Mümkün qədər geniş auditoriyanı əhatə etmək üçün əsas müsabiqə onlayn yayımlanacaq. Seçimdə iştirak etmək üçün müraciət edilən ölkənin vətəndaşı olmaq gərəkdir. Yarışlara beynəlxalq sürücülük vəsiqəsi olan, ingilis dilini mükəmməl bilən və ən azı 50 metr məsafəni üzə bilən 23 yaşdan yuxarı şəxslər buraxılır.

Əlbəttə ki, Defender Trophy müsabiqəsinin şərəfinə xüsusi Defender 110 Trophy ofrouderi hazırlanıb. “Trofi” versiyası sərbəst satışa çıxarılacaq. Avtomobillər iki simvolik çalardan birinə - sarı Deep Sandglow və yaşıl Keswick rənglərinə boyanə bilər. Opsional olaraq, kuzov üçün tutqun qoruyucu örtük də təklif edilir. Kuzov dəsti qara parlaq plastikdən hazırlanıb, klassik polad disklərə bənzəyən 20 düymlük yüngül lehimli təkər diskləri bəyan edilib. Onlar All-Terrain şinləri ilə təchiz edilirlər. Defender Trophy seriyasının qrafikası və loqolarından ibarət dəst olamadan da ötüşməyib.

Defender 110 Trophy xüsusi nəşrinin interyeri Windsor dərisi ilə üzlənib və ön paneldə avtomobilin kuzovu ilə eyni rəngdə böyük əlavələr peyda olublar. Panelin yan tərəflərində xüsusi nəşrin lazerlə oyulmuş emblemi var. Qapı kandarlarında işıqlandırılan Trophy loqoları yerləşir. Damdakı baqaj, yan pilləkənlər və kofrlardan, həmçinin şnorkel və arxa palçıq qoruyucularından ibarət ekspedisiya dəsti əlavə ödənişlə təklif olunur.

Land Rover Defender 110 Trophy modeli iki güc aqreqatı ilə təklif olunur. D350 versiyasında startyor-generatoru olan sıralı altısilindrli 3,0-litrlik turbodizel (350 at qüvvəsi), P300e modifikasiyası isə, 2,0-litrlik benzin “turbodördlüyü” və elektrik mühərrikindən (ümumilikdə 300 at qüvvəsi) ibarət olan tamölçülü hibrid aqreqata malikdir. Hər iki variant səkkiz pilləli “avtomat” və tam ötürmə ilə təchiz edilir.
Trophy ofrouderlərinə sifarişlər artıq qəbul edilirlər. Doğma Britaniyada belə avtomobillərin qiyməti 83 min funt sterlinqdən (97 min avro) başlayır. Almaniyada isə, yalnız turbodizellə təchiz edilən xüsusi versiya 103 min avrodan başlayan qiymətlərlə satılacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.