Land Rover şirkəti sentyabr ayının sonlarında baş tutacaq Paris avtosalonunda Discovery modelinin növbəti nəslini təqdim etmək niyyətindədir. Artıq Britaniyalı istehsalçı gələcək modelin xarici görünüşü barədə mülahizə yürütməyə imkan verən ilk tizeri də yaymışdır.
Yeni nəsil Land Rover Discovery modelinin dizaynı indikindən ciddi şəkildə fərqlənəcəkidr. Yeni ofroder Discovery Sport modelinin və Discovery Vision konsept avtomobilinin dizayn üslubunda hazırlanmış eksteryerə malik olacaqdır. Çox güman ki, avtomobilin salonun tərtibatı da Land Rover Discovery Sport modelinin dizayn üslubunda həll ediləcəkdir. Yeni Discovery modelinin quruluşunda alüminiumdan geniş istifadə ediləcəkdir. Söylənilənlərə görə, yeni model sələfinə nisbətən daha yüngül olacaqdır. Ehtimallara görə, yeni Discovery’nın çəkisi 2622 kiloqrama bərabər olmalıdır. Mühərriklər çeşidinə gəldikdə isə, yeni ofroder İngenium ailəsindən olan dörd və altı silindirli benzin və dizel mühərrikləri ilə təklif ediləcəkdir. Bundan başqa istehsalçının xüsusi sifarişlərlə məşğul olan SVO (Special Vehicles Operations) bölümü yeni Land Rover Discovery modelinin ağır yolsuzluq şəraitində hərəkət üçün nəzərdə tutulmuş SVX indeksini alacaq “ekstremal” variantını hazırlayacaqdır.