Land Rover şirkəti model xəttini yeniləməyə davam edir. Şirkət gələn il flaqman ofrouderi olan Range Rover modelinin yeni nəslini təqdim etməyə hazırlaşır. Yeni MLA alüminium platformasına əsaslanacaq model, daxili yanma mühərrikləri ilə yanaşı, hibrid və elektrik güc qurğuları ilə təchiz ediləcəkdir. Model xəttinin elektrikləşdirilməsi vacibdir, çünki Avropa İttifaqının getdikcə sərtləşən ekoloji normalarına cavab verməyin başqa yolu yoxdur.
Yeni Range Rover modelinin inşa ediləcəyi MLA modul platfırması gələcəkdə Land Rover və Jaguar markalarının yeni avtomobillərinin əsasını təşkil edəcəkdir. Uzununa yerləşən mühərrik sxemi, bu platformada inşa olunacaq avtomobilləri tamamilə elektrik güc qurğusu ilə təchiz etməyə imkan verəcəkdir. Bundan başqa, yeni platforma avtomobillərin çəkisini maksimal dərəcədə azaltmağa yardım etməlidir.
Range Rover modelinin növbəti nəsli bu platformada inşa ediləcək ilk avtomobillərdən olmalıdır. İlkin olaraq, ofrouder müxtəlif hibrid güc qurğuları ilə təklif ediləcəkdir. Bu qurğuların arasında həm yumşaq hibridlər, həm də qoşulan hibrid aqreqatlar olacaqdır. Üstəlik, ofrouder kənar istehsalçılardan alınan mühərriklər ilə də təchiz edilə bilər. Belə istehsalçılardan biri BMW şirkətinin olması ehtimalı çox yüksəkdir.
Range Rover modelinin top versiyasının alman istehsalçısının 4,4-litrlik V8 biturbomühərriki ilə təchiz edilməsi məntiqli görünür, çünki ABŞ və Yaxın Şərqdən olan müştərilər hələlik böyük həcmli mühərriklərə üstünlük verirlər. Əlbəttə ki, oforuder 3,0-litrlik altısilindrli benzin və dizel mühərrikləri də daxil olmaqla, JLR konserninin Ingenium ailəsindən olan güc aqreqatları ilə də təklif ediləcəkdir.
Dizayna gəldikdə isə, Land Rover bu məsələyə bir qədər təmkinlə yanaşmaq niyyətindədir. Land Rover şirkətinin dizayn üzrə direktoru Cerri MakQovern Range Rover modelinin dizaynında düşünlümşü təkamül yoluna üstünlük veriləcəyini bildirib. Əgər sınaqdan çıxarılan prototiplərə diqqət yetirsək Range Rover modellərinə xas olan üslubun qorunub saxlandığını görə bilərik.
Avtomobilin silueti həmişəki kimi düzbucaqlı formaları ilə seçilir. Ciddi kamuflyaj örtüyünün olmasına baxmayaraq, avtomobilin çıxıntıları olan iri kapotu və qara rəngli dayaqlar sayəsində süzən damı qoruyub-saxladığını görmək olar.
Arxa tərəfdə də, iki hissədən ibarət olan ənənəvi baqaj qapağı da yerində qalıbdır. Ön hissəyə diqqət yetirsək, kamuflyajın yeni formalara və tərtibata malik olan LED fənərləri gizlətdiyini görə bilərik. Arxa fənərlərə gəldikdə isə, son dəbə uyğun olaraq, arxa fənərlər işıqlanan zolaq vasitəsi ilə bilərləşdiriləciyini gözləmək olar.
2021-ci ildə debütü gözlənilən yeni Range Rover modeli ciddi yeniliklər ilə qarşımıza çıxacaqdır. Lakin, bir şeyi əminliklə söyləmək olar ki, bu model pərəstişkarlarına şok yaşamayacaqdırlar.
Mənbə: Evo