Land Rover şirkəti kompakt krossoverlərseqmentinə ayaq aça bilər. Which Car portalı, yeni yığcam krossoverin yeni nəsil Land Rover Defender modelinin modul platformasının qısaldılmış versiyasında inşa ediləcəyini, həmçinin BMW X1 və Mercedes-Benz GLA modelləri ilə rəqabətə girişəcəyini iddia edir.
İlkin məlumatlara görə, krossoverin Defender modelinin üslubunda dizayna sahib olacaq, yalnız beşqapılı versiyada təklif ediləcək, üç və dörd silindrli mühərriklər ilə təchiz ediləcəkdir. Bundan başqa, hybrid modifikasiyanın buraxılması ehtimalı da mövcuddur. Standart olaraq, krossover ön ötürmə ilə təklif ediləcəkdir. Tam ötürməni isə əlavə ödəniş müqabilində əldə etmək mümkün olacaqdır.
Modelin təxmini qiyməti də məlumdur - təxminən 25 min funt sterlinq (54,5 min manat). Müqayisə üçün, İngiltərədə Defender 90 modelinin qiyməti 40,3 min funt sterlinq (87,8 min manat) təşkil edir.
"Bala Defenderin" peyda olacağı barədə məlumatlar 2019-cu ilin sonunda peyda olub. O zaman, yeni modelin Land Rover 80 adlandırılacağı və 2021-ci ildə satışa çıxarılacağı söylənilirdi.
Mənbə: Which Car