Lexus LX yolsuzluq avtomobilinin mülayim görkəmə malik olduğunu söyləmək çətin işdir. Avomobilin seriya variantının çöhrəsindəki aqressiya 10 avtomobilə bəs edər. Lakin, elə insanlar vardır ki, onlar Lexus LX modelini o qədər də «hirsli və əsəbi» zahiri görünüşə malik olmadığını düşünürlər. Buna misal olaraq, Almaniyadan olan LARTE design atelyesini göstərmək olar ki, bir müddət bundan əvvəl, alman atelyesinin mütəxəssisləri Yaponiyadan olan dəbdəbəli «palçıqqarışdıran» üçün yeni tüninq proqramını təqdim etmişdirlər.
Təsvirlərdən də göründüyü kimi, alman mütəxəssislər, ilk növbədə, avtomobili yeni qabaq və arxa bamperlə, həmçinin yeni kandarlarla təchiz etmişdirlər. Əlbəttə ki, heç bir tüninq proqramını iri ölçülü yengül lehimli təkər diskləri olmadan təsəvvür etmək olmaz. LARTE Design atelyesi də Lexus LX modeli üçün iki rəngli təkər diskləri təklif edir. Bundan əlavə, tüner ön bamperi də iki formada quraşdırmağı təklif edir ki, bunlardan biri daha iri spoylerlə digərindən fərqlənir.
Atelye dizaynerləri, həmçinin, L-formalı dizayn elementlərini də yenidən gözdən keçirmiş və onların sayını L-şəkilli hava girişləri ilə artırmışdırlar. Avtomobilin arxa hissəsində də nəzərə çarpacaq dəşikliklər edilmişdir. Buna misal olaraq, üç müxtəlif rəngə boyana bilən arxa diffuzoru və F1 bolidlərində olduğu kimi, diffuzorda yerləşdirilmiş qırmızı fənəri göstərmək olar.
Alman mütəxəssisləri adətən avtomobilin texniki hissəsinə toxunmaqdan çəkinirlər və yalnız zahiri dəyişikliklər etməyə üstünlük verirlər. Bu səbəbdən də LX modelinin texniki imkanları dəyişilməmiş qalmışdır.