Bu gün Lausitzrinqdə keçiriləcək ikinci təsnifat mərhələsi və yarış öncəsi sərbəst yürüşlərində Audi pilotları üstünlük nümayiş etdirmişdirlər. Günün protokolunda ilk dörd yer İnqolştat təmsilçilərinin aktivinə yazılmışdır.

Protokola Audi komandasının britaniyalı pilotu Ceymi Qrin başçılıq etmişdir. Onu komanda yoldaşları Rene Rast, Mattias Ekstrem və Niko Müller təqib etmişdirlər. Qeyd etmək lazımdır ki, bu dörd pilot 0,2 saniyənin arasaında sıralanmışdırlar.

İkinci nəticəni göstərmiş Rene Rast liderdən 0,119 saniyə geridə qalmışdır. Üçüncü olan Mattias Ekstremlə Niko Mülleri isə cəmi 0,020 saniyə ayırmışdır.

«Mən göstrədiyim zamanlara ümumiyyətlə əhəmiyyət yetirmirəm», - Qrin bildirmişdir.

«Sərbəst yürüşlər o qədər də əhəmiyyət kəsb etmir. Pilotlar arasında olan sürət fərqini müəyyən etmək çətindir. Hər bir pilot öz proqramı üzrə işləyir. Lakin, dünənkinə nisbətən biz bir qədər irəliləmişik. Bu sırlamalarda yaxşı çıxış edəcəyimizə zəmanət verir», - deyən Niko Müller komanda yoldaşını dəstəkləmişdir.

Mayk Rokenfellerin texniki problem yaşaması anı

Audi kvartetinin ardınca üç Mercedes-Benz pilotu sıralanmışdır. Bunlar Robert Uikkens, dünənki yarışın qalibi Lukas Auer və Edoardo Mortara olmuşdurlar.

İlk onluğu tamamlayan pilotlar isə, BMW komandasının təmsilçiləri Tom Blomkvist, Timo Qlok və Audi komandasının çempion pilotu Mayk Rokenfeller olmuşdur. Qeyd etmək lazımdır ki, Rokenfeller sərbəst yürüşlərin ortalarında texniki problem yaşadığından daha yaxşı zamana imza ata bilməmişdir.

Xatırlatmaq istərdik ki, bu gün həftəsonunun ikinci təsnifat mərhələsi və yarışı baş tutacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt