Audi komandasının britaniyalı pilotu Ceymi Qrin Lausitzrinqdə keçirilən ikinci yarışda qələbəni bayram etmişdir. Qrin yarışa üçüncü yerdən başlasa da, sonunda damalı bayrağı görən ilk pilot olmuşdur.

Yarışın startı hadisəsiz ötüşmüşdür. Poulun sahibi Robert Uikkens inamlı start götürərək liderliyini qoruyub-saxlamışdır. Onunla birinci cərgədən start götürmüş Tom Blomkvist isə, yarışın stüartlarının qənaətincə falstarta yol vermişdir. Bu səbəbdən də BMW pilotu pit-stop zamanı 5 saniyəlik dur/get cəzasını çəkmək məcburiyyətində qalmışdır.

Ceymi Qrin də yarışa başlayaraq üçüncü yerini qoruyub-saxlamış və Blomkvistə hücum etməyə imkan qazanmışdır. İki britaniyalı pilotun mübarizəsinə dördüncü dövrədə son qoyulmuşdur - Qrin ilk döngədə həmyerlisini keçməyə müvəffəq olmuşdur. Lakin, bu Blomkvist üçün  yeganə mövqe itirilməsi deyildi. Bir müddət sonra o Qəri Paffett tərəfindən də keçilmişdir.

Qeyd etmək lazımdır ki, ilk dövrədən sonra Audi pilotları Mayk Rokenfeller və Mattias Ekstrem pit-stopa yollanmışdırlar.

Başlanğıca bu qəribə görünsə də, sonrakı hadisələr Audi pilotlarının doğru seçim etdiyini təsdiqlədi. Ümumiyyətlə, bu yarışda Audi strateqlərinin uğurlu seçimi sayəsində altı Audi pilotundan beşi ilk onluqda finiş görümüşdürlər. Liderlərdən ilk pit-stopa yollanan pilot Robert Uikkens oldu. Uikkensdən sonra pitə yollanan Qrin, trekə kanadalının önündə qayıtmağa müvəffəq olsa da, Uikkens isidilmiş şinlər sayəsində Qrini ötməyi bacardı. Buna baxmayaraq, Mercedes pilotu rəqibindən kifayət qədər uzaqlaşa bilmədi.

Yarışın bitməsinə 15 dəqiqə qalmış son DRS-dən istifadə şansından yararlanan Qrin ilk döngərə rəqibini arxada qoymağı bacardı. 

Qrinin komanda yoldaşı Mattias Ekstrem əvvəlcə Qəri Paffetti, sonra isə Uikkensi keçərək ikinciliyə yüksəldi. Beləliklə, Audi komandası Lausitzrinqdəki yarışda dubla imza atmış oldu. Digər Audi pilotları da uğurla çıxış edərək Audi markası üçün vacib olan xalları qazanmış oldular. Mayk Rokenfeller beşinci, Niko Müller altıncı, Rene Rast isə yeddinci olaraq finiş xəttini keçmiş oldular.

Qəri Paffett yarışın sonlarına doğru Uikkensi keçməyə cəhd göstərsə də buna müvəffəq ola bilmədi və podiuma qalxmaq şansını əldən verdi. İlk onluğa daxil olmağı bacaran digər Mercedes pilotu Lukas Auer idi. Bavariyalıların təmsilçiləri Maksim Marten və Marko Vittmann səkkizinci və doqquzuncu yerdə yarışı bitirərək, ilk onluqda finiş görən BMW pilotları olmuşdurlar.    

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt