Bu gün Lausitzrinqdə keçirilən ikinci sərbəst yürüşlərdə günün protokoluna Mercedes –Benz komandasının avstriyalı pilotu Lukas Auer başçılıq etmişdir. Auerin yaxın təqibçisi olmuş Robert Uikkens avstriyalı pilotdan 0,038 saniyə geridə qalmışdır.

Dünən keçirilən sərbəst yürüşlərə liderlik etmiş Audi pilotu Mayk Rokenfeller yalnız altıncı nəticəni göstərmişdir. O, liderdən 0,469 saniyə geridə qalmışdır. Günün üçüncü nəticəsini Audi Team Sport Rosberg komandasının britaniyalı pilotu Ceymi Qrin qeydə almışdır.

Mercedes-Benz komandasının pilotları Qəri Paffett və Maro Engel dördüncü və beşinci nəticəni göstərmişdirlər. Audi Motorsport komandasının pilotları Rene Rast və Mattias Ekstrem mevafiq olaraq yeddinci və səkkizinci nəticəni göstərmişdiurlər.

İlk onluğu tamamlayan pilotlar BMW komandasının təmsilçiləri Tom Blomkvist və qüvvədə olan dünya çempionu Marko Vittmann olmuşdurlar. Bu gün Lausitzrinqdə həftəsonunun ilk təsnifat mərhələsi və yarışı keçirilməlidir. Bizi izləməyə davam edin.