Bu gün Lausitzrinqdə keçiriləcək ikinci yarışda sıralamanı müəyyən edən ikinci təsnifat mərhələsi keçirilmişdir. Güclü mübarizə şəraitində keçən sessiyanın sonunda poul-pozişndən start almaq hüququnu Mercedes-Benz komandasının kanadalı pilotu Robert Uikkens əldə etmişdir.
Sırlamaların başlanğıcında əsasən BMW pilotları üstünlük nümayiş etdirmişdirlər. Bavariya təmsilçisinin belçikalı pilotu Maksim Marten uzun müddət sırlama sessiyasına liderlik etmişdir. Audi və Mercedes pilotları 1.16, 379 zamana imza atmış belçıkalının nəticəsini üstələməyə cəhd etsələr də buna nail ola bilməmişdirlər.
Yarışda ilk sırada başlamaq uğrunda əsl mübarizə təsnifat sessiyasının bitməsinə bir dəqiqə qalmış başlamışdır.
Sessiyanın bitməsinə yarım dəqiqə qalmış Tom Blomkvist 1.16, 346 zamanı qeydə alaraq komanda yoldaşının önünə keçmişdir.
Hər kəsin ilk sıranı BMW pilotlarına qismət olacağını düşündüyü anda Mercedes-Benz komandasının kanadalı pilotu Robert Uikkens sıralamalarda son nöqtəni qoymuşdur - 1.16,299. Audi pilotu Ceymi Qrin də son anda üçüncü nəticəni göstərərək yarışı ikinci sıradan başlamaq imkanını təmin etmişdir. Beləliklə, bu gün keçiriləcək yarışda ilk cərgədən Uikkens və Blomkvist, ikinci cərgədən Qrin və Paffett başlayacaqdırlar. Maksim Marten və Rene Rast üçüncü cərgədən start alacaqdırlar. Onların ardınca start düzlüyündə Niko Müller və Mattias Ekstrem (hər ikisi Audi), həmçinin Augusto Farfus və Marko Vittmann (hər ikisi BMW) yerləşmişdirlər.
Bir neçə saatdan sonra gərgin mübarizə ilə bol olacaq yarış bizləri gözləyir. Bizi işləməyə davam edin!
