Bu həftəsonu Lukas Auer Lausitzrinqdə hegemonluq edir. Mercedes komandasının avstriyalı pilotu həm sərbəst turlarda, həmçinin də sıralama turlarında böyük üstünlüyə malik olmuşdur.

Auer bu üstünlüyü yarışa da daşımışdır. İnamlı şəkildə start alan avstriyalı öz rəqiblərinə heç bir şans verməmişdir. Belə ki, finişdə Lukas ən yaxın təqibçisi olan komanda yoldaşı Robert Uikkensdən üç saniyə üstün olmuşdur. Üçüncü yer uğrunda da Maksim Marten (BMW) və Rene Rast (Audi) arasında güclü mübarizə getmişdir. 

İlk pit-stoplardan sonra sürətli şəkildə BMW pilotuna yaxınlaşan Rene 36-cı dövrədə inamlı şəkildə Marteni keçərək podiumun son pilləsinə qalxmağa müvəffəq olmuşdur. Qeyd etmək lazımdır ki, yarışda ən sürətlidövrə vurmuş Rene üçün bu DTM çempionatındakı ilk podium idi.  

Beşinci yerdə finiş görən pilot Mayk Rokenfeller (Audi) olmuşdur. Onun ardınca Qari Paffett və Edoardo Mortara (hər ikisi Mercedes-Benz) altıncı və yeddinci olmuşdurlar.

Səkkizinci yerdə Mattias Ekstrem, doqquzuncu yerdə isə Maro Engel (Mercedes-Benz) finiş görmüşdür.

Ceymi Qrin də möhtəşən pilotaj göstərərək onuncu yerdə finiş görməyə müvəffəq olmuşdur.

Xatırlatmaq lazımdır ki, britaniyalı yarışı son yerdən başlamasına baxmayaraq altıncı dövrədə pit-stopa yollanmış və bunun sayəsində dəonuncu olmuşdur.  

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt