Cümə günü Lausitzrinqdə keçirilən ilk sərbəst yürüşlərə Audi komandasının pilotu Mayk Rokenfeller başçılıq etmişdir. Alman pilot komanda yoldaşı Mattias Ekstremi 0,097 saniyə üstələmişdir.
Team Phoenix komandasının alman pilot 1.17,278 zamanla ən yeyin nəticəni qeydə almışdır. Sərbəst yürüşlərdə üçüncü nəticəni Mercedes-Benz komandasının kanadalı pilotu Robert Uikkens göstərmişdir. Onun ardınca dördüncü yerdə dördüncü yerdə digər Audi pilotu Ceymi Qrin qərarlaşmışdır. Beşinci nəticəni göstərmiş Mercedes-Benz pilotu Lukas Auer Qrindən 0,328 saniyə geridə qalmışdır. Audi Motorsport komandasının üç pilotu - Niko Müller, Rene Rast və Loik Dyuval altıncı, yeddinci və səkkizinci nəticəni göstərmişdirlər.
İlk onluğu tamamlayan pilotlar isə Pol di Resta və Qəri Paffett (hər ikisi Mercedes-Benz) olmuşdurlar. BMW avtomobillərində çıxış edən pilotlar arasında ən yaxşı nəticəni Tom Blomkvist qeydə almışdır. Britaniyalı 11-ci nəticəni qeydə almışdır.
Qüvvədə olan dünya çempionu Marko Vittmann yalnız 13-cü olmuşdur. Lausitzrinqdə keçiriləcək ikinci sərbəst yürüşlər şənbə günü keçiriləcəkdir. Həmin gün birinci təsnifat mərhləsi və yarış baş tutmalıdır.
